Utancaqlıqla necə mübarizə aparmalı?

Utancaqlıqla necə mübarizə aparmalı?
Bir Ana - Bir Bala
10.09.2017 14
Hər şeydən əvvəl,  uşağa təzyiq göstərmək, xüsusən də onunla yüksək
tonla danışmaq olmaz. Bir çox valideynlər panikaya düşür, az qala zorla
uşağı gedib ünsiyyət qurmağa, başqaları ilə tanışlıq yaratmağa məcbur
edirlər, onu səbəbsiz utancaqlığına görə qınayırlar. Bu, bir qayda
olaraq, heç bir yaxşı nəticə vermir.  Uşaqlarla istənilən ünsiyyət
zamanı nədən danışılmasından asılı olmayaraq, əsas odur ki, səsiniz
gərginləşməsin, sakit və mehriban tonla danışasınız. Hər dəfə böyüklər
danışarkən uşağınızdan susmağı xahiş etməyə dəyməz. Uşaqlar elə bunlara
görə çox zaman özlərinə qapılırlar. Daha yaxşı olar ki, istənilən ailə
söhbətləri zamanı uşağın fikrini soruşasınız, bununla da onun fikrinin
sizin üçün əhəmiyyətli olduğunu, onunla maraqlandığınızı göstərmiş
olacaqsınız. Belə olduqda uşaqlar özlərini arxayın hiss edirlər ki, bu
da onlara psixoloji cəhətdən sərbəst böyüməyə imkan verir.

Uşaqlara başqaları ilə əlaqə yaratmaqda kömək etmək üçün məsələn, onunla
gəzintiyə çıxarkən uşaq meydançasındakı bütün uşaqlarla söhbət etməyə
başlayın.  Uşağa da söhbətə qoşulmağa imkan verin, çünki sizin yanınızda
söhbəti dəstəkləmək və yeni tanışlıqlar yaratmaq ona daha asan olacaq.
Sonra ehtiyatla kənara çəkilin ki, bu dəfə o, söhbəti müstəqil davam
etdirməyə çalışsın və ya özünü hər hansı bir oyunun iştiraksısı kimi
hiss etsin. Əsas odur ki, sizin oğlunuz və ya qızınız sizin yaxında
olduğunuzu görsün, bu zaman onda sakitlik və əminlik hissi yaranacaq.
Sonradan, müəyyən uşaqlarla etibarlı münasibət yarandıqda və ya dostları
olduqda uşağınız alışacaq və sizsiz həyətə çıxmağa qorxmayacaq.

Ancaq
elə hallar da olur ki, mütəxəssis köməyi olmadan keçinmək alınmır. Əgər
valideynlərin tədricən istifadə etdikləri heç bir üsul yaramırsa, onda
psixoloqa müraciət etmək lazımdır. Ola bilər ki, müalicə çox vaxt tələb
etsin, hər şey bunun səbəblərindən və qapalılıq dərəcəsindən asılıdır.
Mütləq səbirli olmaq və ümidsizliyə qapılaraq, heç bir faydası yoxdur
deyərək, başladığınız işi yarımçıq qoymayın.  Sizin dəstəyiniz və uşaq
psixoloqunun köməyi ilə birlikdə mütləq müsbət nəticə olacaq və siz hər
dəfə uşağınızın öz qorxularını dəf etdiyini, daha açıq olduğunu
görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!