Oyuncağı bölüşə bilməmişlər

Oyuncağı bölüşə bilməmişlər
Bir Ana - Bir Bala
10.09.2017 8
Əvvəlcə uşaqlar hər hansı bir əyləncəli oyuna başlayırlar, birdən sakit əyləncə qışqırıqlar, qızğın mübahisə və hətta göz yaşları ilə əvəz olunur. Uşaqlardan biri anasından tərəfini saxlamağı tələb edir, digəri bildirir ki, mübahisəni o başlamamışdır və s. Burada özünü itirmədən hər şeyi aydınlaşdırmaq lazımdır ki, vəziyyət daha da gərginləşməsin. Əgər siz uşaqlardan birinin tərəfini saxlasanız, onda o biri uşaq tərəfindən daha da böyük aqressiyaya səbəb olacaqsınız, üstəlik də o sizdən inciyəcək. Psixoloqlar uşaqlardan münaqişəyə səbəb olan əşyanı, məsələn bölüşdürə bilmədikləri oyuncağı (müasir dövrümüzdə bu, çox zaman planşet olur) almağı məsləhət görürlər: bu yolla uşağın birini digərindən müdafiə etmək, hər ikisini yola getmədiklərinə görə cəzalandırmaq lazımdır.

Ümumiyyətlə, əgər uşaqlar oyun zamanı dalaşmağa başlayırlarsa, onlardan hər birini başqa bir işlə və imkan daxilində, başqa-başqa otaqlarda məşğul etmək lazımdır ki, hirsləri soyusun və sakitləşsinlər. Mütəxəssislər uşaqlara eyni oyuncaqlar almağı məsləhət görürlər ki, onlarda uşaqlar üçün xarakterik olan paxıllıq hissi yaranmasın. Həmçinin iki uşağa bir, hər ikisi üçün ortaq olan oyuncaq almaq  da faydalıdır: bu zaman onları başa salmaq lazımdır ki, əşyanı bölə bilməsələr, əllərindən alınacaq. Uşaqlara həmişə bu əşyanın ümumi olduğunu təlqin etmək, oyuncaqlarını nəinki öz aralarında, həm də başqaları ilə  bölüşməyi və paxıllıq etməməyi öyrətmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!