Kimi daha çox sevirlər?

Kimi daha çox sevirlər?
Bir Ana - Bir Bala
10.09.2017 25
Uşaq qısqanclığı ilə bağlı vəziyyət daha mürəkkəbdir. Bir qayda olaraq, çox zaman böyük uşaqlar valideynlərini balacalara qısqanırlar. Aydındır ki, ikinci uşaq dünyaya gələndə ata və ana balacaya daha çox diqqət ayırmalı olur, çünki yeni doğulan körpələr xüsusi və fasiləsiz qayğı tələb edirlər. Ancaq böyük uşağın nəzərində bu tamamilə başqa şəkildədir: ona elə gəlir ki, onu atıblar, unudublar, əvvəllər isə valideynlərinin bütün diqqəti yalnız ona yönəldilmişdi. Buna görə də uşaq ailənin yeni üzvünü qəbul etmək istəmir, nəticədə o, balacaya öcəşməyə, hətta onu incitməyə bəhanə axtarır. Təbii ki, qısqanclıq hissi keçirən uşaqlar vaxtaşırı balacaya təzyiq göstərirlər. Valideynlər balacanı müdafiə etməli olurlar və bu hər dəyə təkrar olunur. Çox zaman kiçik uşaq da valideynlərinin müdafiəsindən və özünün cəzasız qalmağından  istifadə etməyə başlayır, hər dəfə özünü zərərçəkmiş kimi qələmə verməyə çalışır. Uşaq psixoloqları belə hallarda, nə qədər çətin olsa da,  uşaqlar arasındakı münaqişələrə reaksiya verməməyi məsləhət görürlər. «Ana, ona de…» kimi müdaxilə etmək çağırışları səslənməyə başladıqda kənarda qalmaq daha yaxşıdır.  Bu, uşaqlara aralarındakı toqquşmaları müstəqil həll etməyi, xəbərçilik etməməyi, hətta səbəbsiz yerə qısqanmamağı da öyrədəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!