Uşaqlar arası dalaşma

Uşaqlar arası dalaşma
Bir Ana - Bir Bala
10.09.2017 21
Valideynlər çox zaman uşaqları arasında münaqişə problemləri ilə
qarşılaşırlar. Bunun müxtəlif səbəbləri ola bilər: yaş fərqi, xarakter,
nəyi isə bölüşməmək, qısqanclıq və s. Belə hallarda analar və atalar
bəzən münaqişəni həll edərkən özlərini necə aparmaq lazım olduğunu
bilmirlər. Bugünkü məqaləmizdə uşaqlara bir-birini başa düşməyi öyrətmək
üçün nə etmək lazım olduğu barədə söhbət açacağıq.



«Cins uğrunda mübarizə»

Ailədə oğlan və qız uşaqların böyüməsi  xüsusi vəziyyətdir. Erkən
yaşlarında bacı və qardaşı bir-biri ilə yola getməyə, bir-birini başa
düşməyə alışdırmaq çox çətindir.  Belə bir vəziyyətdə oğula təlqin etmək
lazımdır ki, o, bacısının dayağı və müdafiəçisidir (hətta o, kiçik olsa
belə); başa salmaq lazımdır ki, gələcəyin kişisi qızları
incitməməlidir.  Tez-tez uşaqlarınıza hansı vəziyyətlərdə bir-birinə
kömək etməli olduqlarını göstərin. Məsələn, oğlunuza başa salın ki,
bacısını incidən olanda onu müdafiə etməlidir; qızınıza isə qardaşına
xoş gələn iş görməyi, məsələn, ona konfet və ya bir stəkan şirə
gətirməyi öyrədin. Bu yolla onlar  mübahisə etmək əvəzinə, bir-birinin
qayğısına qalmağı öyrənəcəklər.



Əgər
siz uşaqlarınızın mehriban böyüməsini istəyirsinizsə, tənbəllik
etməyin, münaqişəli vəziyyətlər yaranmamışdan əvvəl  tez-tez onlarla
tərbiyəvi söhbətlər aparın. Bir çox valideynlər uşaqları ilə profilaktik
söhbətlərə biganəliklə  yanaşır, onları gərəksiz hesab edirlər,
sadəlövhcəsinə güman edirlər ki,  uşaqlar onsuz  da heç bir şey başa
düşməyəcəklər. Əbəs yerə. Uşaq psixologiyası çox həssasdır, hər şeyi
özünə süngər kimi hopdurur. Uşaqlarınızın əsl dostu olun, o zaman onlar
nəinki öz aralarında, hətta yaşıdları ilə də dostluq etməyi
öyrənəcəklər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!