Yeni ana olanların ən çox etdikləri səhvlər

Yeni ana olanların ən çox etdikləri səhvlər
Bir Ana - Bir Bala
10.09.2017 5
O oyaqkən körpənizin dırnaqlarını kəsmək

Bir uşağın dırnaqlarını kəsmək o yatarkən daha asandır. Uşağınız
oyaqkən əllərini daim hərəkət etdirdiyi üçün dırnaq kəsmək həm çətin,
həm də təhlükəli ola bilər.

 

Kifayət qədər sual verməmək

Bəzən yeni ana olanlar, sual verməkdən çəkinirlər. Suallarının axmaq
olmasından qorxurlar. Həqiqət odur ki, mövzu körpə baxımı olanda axmaq
sual deyə bir şey yoxdur. Bütün suallarınız üçün uşaq həkiminizə və öz
həkiminizə müraciət edə bilər, ananızdan, dostlarınızdan yardım ala
bilərsiniz.

 

Körpəni sadəcə bir əmziyə uyğunlaşdırmaq

Körpəniz üçün edəcəyiniz ən böyük yaxşılıq onun yalnız bir əmziyə
uyğunlaşmasına mane olmaqdır. Körpənizin əmziyini tez-tez dəyişdirin.

 

Dərhal yaxşılaşmağa çalışmaq

Bir çox ana doğumdan sonra dərhal əvvəlki halına qayıtmağa, normal
həyatına davam etməyə çalışır. Siz bu səhvi etməyin və bədəninizə tam
yaxşı olması üçün imkan tanıyın.

 

Qidalanma mövzusunda yardım almamaq

Əmizdirməyi seçən analardansınızsa, kiçik də olsa problemlər
yaşamağınız çox normaldır. Bu bir çox ananın başına gəlir və bunda
utanılacaq heç bir şey yoxdur. Çox az ana heç bir problem yaşamadan
körpəni əmizdirməyi bacarır.



Problem yaşadığınız vəziyyətlərdə yardım almaqdan çəkinməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!