Hər uşağın öyrənməsi lazım olan mühüm bacarıqlar

Hər uşağın öyrənməsi lazım olan mühüm bacarıqlar
Bir Ana - Bir Bala
10.09.2017 6
Həyatda qalma bacarığı

Hər uşaq həyatda qalmaq üçün lazımi bacarıqlara malik olmalıdır.
İsinmək, su və yemək tapma üsullarını bilmək, müxtəlif texnikaları
istifadə etmək və özünü müdafiə etmək. Günümüzdə bir çox uşaq vəhşi
təbiətdə necə həyatda qalacağını bilmir, çünki bunu təcrübə etməyə
şansları yoxdur. Amma siz valideyni olaraq bəzi mühüm bacarıqları ona
öyrədə bilərsiniz.

 

Sadə bir yemək hazırlamaq

9 ya da 10 yaşına gəlmiş uşaqlar sadə bir yemək hazırlamağı
bilməlidirlər. Bu yemək asan hazırlanan, sadə və doydurucu bir yemək
olmalıdır. Uşaqlar belə şeyləri öyrənərək onlara olan inamlarını inkişaf
etdirə və daha müstəqil fərdlər ola bilirlər.

 

Məktub yazmaq

Günümüzdə artıq məktub yazmaq vacib və lazımlı görünməsə də, bu
bacarığı uşağınıza öyrədin. Məktub yazmaq rəsmi və doğru şəkildə dil
istifadə etməyi tələb edir. Uşağınıza bu bacarığı ailənin böyüklərinə
məktub yazaraq aşılaya bilərsiniz.

 

Sadə işlər

Təmizlik, paltar yumaq, qab-qacaq yumaq kimi sadə işləri uşağınıza
öyrədin. Sizə ev işlərində yardımçı olmasını təmin edin. Bu şəkildə
təmizliyin əhəmiyyətini də uşağınıza aşılaya bilərsiniz.

 

Problem həll etmə bacarığı

Hər uşaq neçə yaşında olursa olsun, problem həll etmək qabiliyyətinə
malik olmalıdır. Uşağınızı kəşf etmək, suallar vermək və müxtəlif
həllər tapmaq üçün cəsarətləndirin. Ağlındakı suallara cavab tapması
üçün araşdırma aparmağa təşviq edin.

 

Öz başına xoşbəxt olmaq

Uşaqlarınıza müstəqil olmağı, həyatdan zövq almağı və xoşbəxtliyi
kiçik şeylərdə tapmağı və xoşbəxtliyini başqasına bağlamamağı öyrədin.
Uşağınızın şəxsi həyatına hörmət göstərin və özünə aid vaxtı olmasına
icazə verin, beləcə uşağınız necə bir insan olmaq istədiyini də kəşf edə
bilər. Bu vaxtı ona tanımaq gələcəkdə özünə güvənən yetkin biri
olmasını təmin edəcəkdir.

 

Mərhəmət

Hamımızın zaman-zaman üzərində çalışması lazım olan bir bacarıq olan
mərhəmət son dərəcə əhəmiyyətlidir. Bu mühüm qabiliyyəti uşağınıza nə
qədər tez öyrətməyə başlasanız, o qədər yaxşı bir insan olacaqdır.
Uşağınıza öz mərhəmətinizlə yaxşı nümunə olun.



Uşağınızın həyata hazır olmasını təmin edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!