Körpədə sancıların əmələ gəlməsi

Körpədə sancıların əmələ gəlməsi
Bir Ana - Bir Bala
10.09.2017 18
Uşağın ani narahatçılıqları və ağlamalarının adətən səbəbi bağırsaq
sancılarının. "Sancı" termini altında əsasən yüksək qaz yaranması
fonunda bağırsaq spazması nəticəsində qarında əmələ gələn tutma şəkilli
ağrılar başa düşülür. Sancının əsas növü funksional sancının, yəni ciddi
xəstəliklə əlaqəli olmayan, adətən sağlam körpələrin həyatlarının ilk 3
ayında rast gəlinən sancıları.



Tutma bir qayda olaraq gözlənilmədən baş verir, uşaq uca səslə və
bərkdən (şiddətlə) ağlayır. Bu cür tutmalar uzun müddət sürə, üzün
qızarmasına və ya ağız-burun nahiyəsinin solğunlaşmasına səbəb ola
bilər. Qarın şişir və gərgin olur, ayaqlar qarına doğru gərilmiş olur və
ani olaraq dik şəkildə düzələn bilər, ayaqların alt pəncələri əllə hiss
ediləcək dərəcədə soyuq olur, əllər bədənə doğru qısılmış olur. Adətən
nəzərə çarpan yüngülləşmə dərhal səbəb olan qüsurların aradan
qalxmasından sonra və ya qazın ayrılmasından sonra yaranır.



"Üçlük qaydası" qanunauyğunluğu adlanan sancının baş verməsi müşahidə olunur:



• Sancılar həyatın ilk 3 həftəsində başlayır;

• Gün ərzində təqribən 3 saat davam edir;

• Əksər hallarda həyatın ilk 3 ayında rast gəlinir.



Sancılar bu və ya digər səviyyədə demək olar ki, bütün uşaqlarda erkən
yaşlarda müşahidə olunur, lakin əksər hallarda bu hər hansı ciddi
xəstəliyə dəlalət etmir. Buna baxmayaraq əgər uşaqda sancı tutmasına
bənzər tutma halı baş veribsə, yaxşısı budur həkimə müraciət edəsiniz.



Sancılar bir qayda olaraq, qusma ilə müşayiət olunur ki, bu da adətən
qazın mədədə yığılması ilə şərtləndirilir. Bu vəziyyət aerofagiya
adlanır. Fizioloji qusma yedirmədən sonra ilk 15-20 dəqiqədə baş verir.



Bu vəziyyətin yüngülləşməsi zamanı fəaliyyət ardıcıllığı mövcuddur,
lakin istənilən halda ciddi xəstəliklərin yaranma imkanlarının
qarşısının alınması üçün həkim-pediatrla məsləhətləşmək lazımdır.



Birinci mərhələ - sancılar zamanı ağrıların azaldılması üçün fiziki
metodlar vardır: ənənəvi olaraq uşağı vertikal vəziyyətdə tutmaq və ya
isti qrelka və ya qundaqda qarnı üstə ayaqların diz oynaqları
istiqamətdə əyilmiş halda uzanma qəbul edilmişdir, həmçinin qarın
nahiyəsində saat əqrəbi istiqaməti boyunca masaj da faydalıdır.



İkinci mərhələ - qaz ayırma borusu və ya imalə vasitəsilə qazların və nəcisin pasajı.



Üçüncü mərhələ - yuxarıda şərh edilən metodların müsbət nəticəsi əldə
olunmazsa, dərman preparatları da təyin edilir ki, yalnız həkim müəyyən
edə bilir.



Sancıların profilaktikası üçün döş ilə əmizdirmə zamanı analara yağın
miqdarını məhdudlaşdırmaq şərti ilə pəhrizə əməl etmək tövsiyə olunur.
Razyana və çobanyastığı əsaslı bitki tərkibli preparatların istifadəsi
da effektivdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!