Körpənin qulağının ağrıdığını necə bilək?

Körpənin qulağının ağrıdığını necə bilək?
Bir Ana - Bir Bala
10.09.2017 21
Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi
qulaq ağrısıdır. Bəs danışmayan körpənin qulağının ağrıdığını necə
bilmək olar? Aile.lent.az bununla bağlı pediatr Günay Rəsulovanın
məsləhətlərini təqdim edir.

 

Həkim deyir ki, körpənin qulağının ağrıdığını qışqırıb ağlaması,
qulağını dartması, xüsusilə gecə yuxusuzluğu və narahatlığı, əmməkdən
imtina etməsi, qulaqdan axıntının olması, qulaq önü-tragus nahiyəsini
yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar:
"Valideynlər bəzən əlini tez-tez qulağına aparan, sırğalığı çəkişdirən
körpənin qulağının ağrıdığını zənn edər və qulaq damcılarından istifadə
etməyə başlayarlar. Lakin bu, hər zaman qulaq ağrısı - otit əlaməti
deyildir. Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz,
çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Qulaq ağrısını
ciddiyə almaq və mütləq mütəxəssisə müraciət etmək lazımdır”.



G. Rəsulovanın sözlərinə görə, uşaqların qulağını təmizləmək lazım
deyil. Qulaqda normalda sera - qulağın normal ifrazatını sintez edən
vəzilər vardır. Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və
qulaqdan axıntı şəklində xaric edilə bilər. Bunu da qulaq ağrısı ilə
qarışdırıb, yersiz qulaq damcılarından istifadə etmək olmaz: "Uşaqları
çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım da deyil.
Əksinə, xarici qulaq keçəcəyinin yuyulması ordan seranın - qulağın
normal ifrazatının xaric edilməsini asanlaşdıracaq. İstisna hallar -
otitin kəskin dövrü və təbil pərdəsinin dəlikli olmasıdır”.



Qulağı ağrıyan uşağa evdə necə kömək edək?

Uşaq
qulaq ağrısından çox ağlayırsa, ona mütləq ağrıkəsici siroplardan
vermək (İbuprofen), qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı
damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulması da ağrını
yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutulmuş damlalardan varsa,
qulağa damızdırmaq körpəni rahatlatacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!