Övladlarınızı manyakdan...

Övladlarınızı manyakdan...
Bir Ana - Bir Bala
10.09.2017 6
Bizlər
 çox ağır zəmanədə yaşayırıq. Təəsüf ki, dünyamızda heç nəyi müqəddəs
saymayan qəddar canilərin sayı da çoxdur. Və əgər biz böyüklər bütün
təhlükələrə hazırıqsa da, övladlarımızı qorumaq xeyli çətndir…

 

Kriminalistlər
bildirirlər ki, uşaq oğurlayan canilərin tələləri çox sadədir. Onlar
ətrafdakıların şübhələrini öz üzərlərinə çəkməmək üçün  uşaqla rabitə
qurmağa çalışırlar. Bundan sonra yalanla  uşaqları öz istədikləri yerə
apara bilirlər.

 

Adətən
cani uşağa onun valideynlərini tanıdığını deyir. Məsələn, onlar hazırda
mağazada  uşaq üçün oyuncaq seçirlər və onu da  yanlarına gətirməyi
xahiş ediblər. Bundan sonra isə inanan uşağı öz dallarınca aparırlar.

 

Uşağı bu cür təhlükədən az da olsa qorumaq üçün
bir ana ideal və effektiv yol fikirləşib. Tanımadığı şəxs onun 8 yaşlı
qızına yaxınlaşaraq anasını tanıdığını və qızcığazı onun yanına aparmaq
istədiyini  deyərsə, qız cavab verir: «Parolu deyin». Və əgər həmin adam
gizli sözü bilmirsə, qız onun yanından qaçır.

 

Bu
çox sadə üsuldur və caninin niyyətini üzə çıxarmağa xidmət edir. Parolu
fikirləşmək və onu uşağa öyrətmək cəmi bir neçə dəqiqə çəkər. Ancaq bu,
onun həyatını xilas edə bilər.

 

Bu səbəbdən bütün validenylərə bu üsulu öyrənməyi və yaxınlarına öyrətməyi tövsiyə edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!