Hər 10 uşaqdan 7-si davranış pozuntusuna məruz qalır

Hər 10 uşaqdan 7-si davranış pozuntusuna məruz qalır
Bir Ana - Bir Bala
10.09.2017 7
Hazırda uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlar davranış pozuntusu və kaprizlərdir.



Demək olar, hər 10 uşaqdan 7-sində bu problemlərə rast gəlinir.

Mütəxəssislər
vurğulayır ki, özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də
sosial amillər təsir göstərir. Uşağın ailə daxilində daim danlanması,
əsassız təhqirlərə məruz qalması onda özünəinamsızlığın yaranmasına
səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır.

Adətən
valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq, yetkin insan
kimi görürlər. Tez-tez "Sən böyüksən bu işi belə görməlisən!", "Bunu düz
etmədin, böyüklər, belə etməz" kimi sözlərdən istifadə edirlər. Bu
yanaşmalar isə uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi
bacarmır, qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz,
bu düşüncə uşağın utanmasına, ailə üzvlərindən kənarlaşmasına səbəb
olur.

Davranış
pozuntusunun bir sıra səbəbləri var. Onlardan ən əsası diqqət çəkmək
istəyidir. Yəni uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyir və
ailədən lazımi diqqəti almayanda mənfi hərəkətlərə yol verirlər.
Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə
alanda durmadan qışqırır və sair. İkinci səbəb isə, özünü təsdiqlətmək
istəyidir. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur,
ya da onları həddindən artıq qoruyur, hətta uşağın görməli olduğu işi
özləri yerinə yetirirlər. Beləcə, valideynlər uşaqları üçün xeyirli bir
şey etdiklərini düşünürlər, amma əslində bu, uşaqda davranış pozuntusuna
gətirib çıxarır.

Uşaq
ətrafında etibar edəcəyi birini, eləcə də onu başa düşən birinı
tapmayanda bu zaman bütün hisslərini gizlətməyə çalışır, fikirlərini
bölüşmür, qərar qəbul etməkdə çətinlik çəkir. Bu, nəticədə onun
özünəqapanmasına səbəb olur. Bu isə o deməkdir ki, uşaqlar onlara qarşı
davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız
sözdə deyil, əməldə göstərməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!