Milli cizgi filmləri tərbiyələndirir

Milli cizgi filmləri tərbiyələndirir
Bir Ana - Bir Bala
10.09.2017 7
Uşaqlara milli dəyərlərimizi cizgi filmləri vasitəsilə aşılamaq daha asandır.



Psixoloqlar
da deyir ki, milli tərbiyədə cizgi filmlərin rolu olduqca böyükdür.
Amma təəssüf ki, bizdə milli cizgi filmləri barmaqla sayılacaq qədər
azdır.

Artıq
bağçaya gedən uşağa müəyyən məsələlərin aşılanması lazımdır.
Globallaşan dünyada müsbət və ya mənfı çalarlara daha tez reaksiya
verən, yaddaşında iz buraxan uşaqların doğru şəkildə
tərbiyələndirilməsi, istiqamətləndirilməsi mühümdür. Yəni təkcə
kompyuter oyunları ilə uşaqları mənfi vərdişlərdən uzaqlaşdırmaq və
milli dəyərlərimizə sadiq şəkildə tərbiyə etmək çətindir. Uşaqlarla
bağlı filmlərin, cizgi və animasiya filmlərinin çəkilməsinə ehtiyac var.
Və heç kimə sirr deyil ki, uşaqların böyük hissəsi komyuterdə qoyulan
xarici cizgi filmləri ilə böyüyürlər. Bəs, niyə cizgi filmlərimiz çox
azdır?

Son
illər televiziya kanalları da cizgi filmlərin çəkilişləri istiqamətində
addımlar atır. Lakin cizgi filmi istehsalı ağır proses olduğundan
ərsəyə gələn filmlər yetərincə deyil. Bu boşluqda isə isə özəl kanallar
xarici cizgi filmlərinə üstünlük verirlər. Mütəxəssislər bildirir ki,
bütün hallarda yerli telekanallarımız milli cizgi filmi almaqda maraqlı
olmalıdır.

Psixoloqlar
onu da deyir ki, uşaqların xarici cizgi filmi ilə böyüməsi onların
psixologiyasına da ciddi təsir göstərir. Və bu uşaqlar milli ənənələrlə
yox, zərərlı vərdişlərin təsiri altında böyüyürlər. Bu da gələcəkdə
ailədə övlad-valideyn konfliktinə səbəb olur.

Yerli
özəl TV-lərdə uşaq verilişlərinə az yer ayrılması problemi daha da
qabardır. Və uşaqların internetdə, xarici kanallarda cizgi film sorağına
çıxmağına yol açır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!