Uşaqlarda nitq geriliyinin səbəbləri

Uşaqlarda nitq geriliyinin səbəbləri
Bir Ana - Bir Bala
10.09.2017 21
Bilirik ki, insan doğulan kimi onun nitqi mövcud olmur. 



Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir. 



İlk
öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla
büruzə verir. 4-5 ayında səs eşidərək səs gələn tərəfə çevrilir,
anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan
gülür, müxtəlif səslər çıxarmağa başlayır. 



6-9
ayında nitqi anlamağa çalışır. Böyüklərin öyrətdiyi hərəkətləri etməyə
çalışırlar, səslərə diqqətlə qulaq asırlar. Məsələn: gözlərini, burnunu
göstərmək, əl çalmaq və s. 10-11 ayında \"ver, götür, olmaz\" və s. kimi
sözləri başa düşür və əməl edirlər. Böyüklərin ardınca hecaları
təkrarlayır, pişiyin, itin, inəyin səsini təqlid edirlər. Bu onu
göstərir ki, onlarda nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra
danışacaq. 



1-2
yaşında əgər 35-40 söz bilib, nitqi anlayıb təqlid etməyi bacarırsa,
2-3 yaşında artıq sözlərin miqdarı artıb 250-300-ə çatır. Uşaqlar 2-3
sözdən ibarət cümlələr qurur, sözləri daha aydın tələffüz edirlər. 



3-4
yaşında söz ehtiyatı artaraq 800-900-ə çatır, şer demək bacarığına
yiyələnir, çox qulaq asmağa və çox danışmağa başlayır. Hamının onu
dinləməsinə çalışır. Çoxhecalı sözlərin deyilişində səhvlərə yol verir. 



4-5
yaşında şəkilli kitablara baxmağı xoşlayır, heyvanların bəzilərinin
adını tapıb səsini təqlid edir. Artıq daha geniş cümlələrdən istifadə
edir. Nitqi daha aydın olur. Lüğətində 2300-2500 söz olur. Tam
formalaşma müddəti isə 5-6 yaşına qədər çəkir. Artıq bu müddətdə o,
3000-3500 sözdən istifadə edərək mürəkkəb cümlələr qurur, özündən
hadisələr uydurur, anasının danışdığı nağıllara dair suallar verə bilir.
Hətta böyüklər kimi danışa və demək olar ki, başa düşə bilir. Onun
nitqində ardıcıllıq qorunub saxlanılır. Lakin bu həmişə belə olmur. 



Göstərilən
mərhələlərdə uşaqda normal inkişaf görülmürsə, bu artıq valideyn üçün
bir siqnaldır və valideyn bu barədə narahat olmalıdır. Bəzi uşaqların
nitq inkişafı bu mərhələlərdən birini və ya bir neçəsini keçməyə bilər.
Bu da gələçəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər.
Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss etsə,
gecikmədən mütəxəssisə müraciət etməlidir. 



Mütəxəssis
tərəfindən müayinə edilərkən nəinki uşağın nitqi, həmçinin eşitmə
dərəcəsi, psixoloji durumu, əqli və fiziki inkişafı da müayinə
edilməlidir. Bəzən belə hesab edirlər ki, nitq yoxdursa və yaxud
gecikirsə, bu oliqofreniyanın, yəni kəmağıllılığın formasıdır,
əlamətidir. Lakin bu heç də belə deyil. Nitqin gecikməsinə həm daxili
amillər, həm də xarici amillər səbəb ola bilər. 



Daxili
amillərə - ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər,
anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), doğuş zamanı baş
verən travmalar, zədələr və s. ola bilər. Nitqlə bağlı yaranan mərkəzlər
bəzən ana bətnində inkişaf etməyə bilər. 



Xarici
amillərə isə uşağın stressli bir şəraitdə yaşaması, valideynləri
tərəfindən qayğı görməməsi, uşağın valideynləri ilə ünsiyyətdə olmaması
aid edilir. Bilməliyik ki, uşaq danışmağa başlayanda ona kömək etmək
vacibdir. Uşağın nitqinin formalaşması zamanı valideynlər tərəfindən
düzgün, vaxtında müdaxilə olmazsa, bu uşağın inkişaf geriliyinə gətirib
çıxara bilər. 

Nitqin
ləngiməsinə səbəb olan amillərdən digəri oliqofreniya, yəni əqli
gerilikdir. Ağır dərəcəsində demək olar ki, nitqin inkişafı olmur, uşaq
heç kimlə ünsiyyətə girmir. Yalnız valideynin qayğısına ehtiyacı
duyulur. Orta dərəcəli əqli gerilikdə isə ola bilsin ki, 4-5 yaşında
10-15 söz bilsin. 



Normal
uşaqlar arasında da nitqin ləngiməsinə rast gəlinir. Bu bir neçə
səbəbdən ola bilər. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf
etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər,
aldığı travmalar, qurdağızlıq, dovşandodaqlıq da nitqin düzgün
inkişafına əngəl ola bilər. Ağız boşluğunda olan qüsurlar da nitqin
gecikməsinə səbəbi ola bilər. Eşitmə pozuntusu da nitqin olmamasına
gətirib çıxarır. Ona görə də nitq geriliyi varsa, mütləq audioqrafiya
metodu ilə eşitmə yoxlanmalıdır. Bundan başqa, psixoloji travma
nəticəsində də uşaqda nitq geriliyi yaranır. Autizmi olan usağın da
nitqi ola bilsin ki, heç olmasın. Nitqin ləngiməsinə səbəb olan
faktorlardan irsi xəstəlikləri, uşaq serebral iflici də misal göstərmək
olar. Ağır nitq qüsurları da - alaliya (ana bətnində və ya uşağın ilkin
inkişaf mərhələsində beyin qabığının nitq zonasının zədələnməsi
nəticəsində nitqin olmaması), afaziya ( baş-beynin lokal zədələnməsi
nəticəsində artıq formalaşmış nitqin itirilməsi), anartriya ( nitq
aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması), mutizm (
psixoloji durum, psixoloji travma nəticəsində nitqdən imtina) nitqin
ləngiməsinə gətirib çıxarır. 



Ninqin
ləngiməsinin səbəblərini araşdırarkən ilk növbədə valideynlərlə söhbət
aparılır. Ananın hamiləliyi necə keçirməsi, uşağın keçirdiyi
xəstəlikləri, aldığı zədələr öyrənilir, yaşadığı ailədə, ətrafdakı mühit
barədə məlumat alınır, bununla bağlı sual-cavab aparılır, eşitmə
yoxlanılır. Uşağın artikulyasiya orqanlarının vəziyyətinə baxılır, nitqi
müayinə olunur. 



Bu
problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və
sonradan loqopedə, surdopedaqoqa müraciət etməyiniz vacib şərtlərdən
biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!