İdmanın uşaq sağlamlığına faydaları

İdmanın uşaq sağlamlığına faydaları
Bir Ana - Bir Bala
10.09.2017 12
Texnologiyanın hər keçən gün inkişaf etdiyi indiki vaxtda uşaqların
çoxunu texnoloji alətlərdən asılı olaraq görmək mümkündür. Uşaqlar
üzərində fiziki fəaliyyəti məhdudlaşdıran bu vəziyyət irəlidəki
yaşayışlarına da mənfi təsir edir. Uşaqlarını idmana həvəsləndirmək üçün
ailələrə ciddi bir vəzifə düşür. Bunun üçün mütəxəssislər əvvəlcə
uşağınızın fikrini öyrənmənizi məsləhət görürlər. Sevərək və istəyərək
etdiyi bir idman onun həyat boyu buna davam etməsini təmin edəcək ən
əhəmiyyətli faktordur. Uşağınızın idmanla birlikdə böyüməsinin onu daha
sağlam bir fərd hala gətirdiyinə baxaq:



Güclü və sağlam bir bədən

Güclü və sağlam bir bədənin yolu idman etməkdən keçir. Gənc yaşda
edilməyə başlanan idman əzələləri doğru şəkildə yaxşılaşdırır, sümükləri
möhkəmləndirir və yağ hüceyrələrinin gərəksiz böyüməsinə mane olur.



Özünü tanıma

İdman edən uşaqlar bədənlərini yaxşı tanıyar, qabiliyyətlərini və
bədənlərinin hansı idman növünə meylli olduqlarını erkən yaşda kəşf
edərlər. Kim hansı idmana uyğun, ya da bu mövzuda sərhədləri nədir, kimi
sualların cavabını asanlıqla tapar.



Elastik bədən

Xüsusilə gimnastika kimi idmanlar uşaqların elastik bir bədənə
sahib olmasını təmin edər. Bu rahatlıq irəliləyən yaşlarda istənilən
idmanın daha asan edilməsinə imkan yaradır.



Doğru qidalanma

Sağlam olmağın ən əhəmiyyətli şərtləri; doğru qidalanma və
idmandır. İdman edən uşaq üçün doğru qidalanma qaçınılmaz bir nəticədir.
Paketli qidalardan uzaq təbii qidaların daha çox istehlak edildiyi,
meyvə-tərəvəz, ət, taxıl tarazlığı qorunaraq qidalanan uşaqlar daha
sağlam bir bədənə sahib olurlar.



İmmuniteti gücləndirir.

Xüsusilə məktəb yaşındakı uşaqların tez-tez xəstələnməsinə rast
gəlirik. İdman edən uşaq isə yuxarıda bəhs etdiyimiz doğru qidalanma və
idman nəticəsində güclü bir immunitetə sahib olur.



Ürək və damar sağlamlığını qoruyar.

Daimi olaraq kiçik yaşdan başlayaraq idman edən uşaqların ürək iş
sistemi də nizamlı olur və gələcəkdə ürək-damar xəstəliyinə tutulma
riski aşağı düşür.



Onurğa əyilməsi.

Onurğa əyilməsinin qarşısını almaq üçün ən təsirli yol, dik bir
duruş və idman uşaqları onurğa əyilməsi kimi xəstəliklərdən qoruyar.



Çəki idarəsi

İdman edən uşaq kilolarını idarə etmək vəziyyətindədirlər. Sağlam
qidalanma və nizamlı idman nəticəsində belə bir problemlə qarşılaşma
ehtimalları da aşağıdır. Köklüklə mübarizənin ən təsirli yolu uşaq yaşda
edilən idmandır



Sağlam bir psixologiya

İdmanın bədən sağlamlığının yanında psikilojik olaraq da uşaq
üzərində müsbət təsirləri vardır. Öz etibarı inkişaf etmiş, ictimai və
intizamlı uşaqlar psikoljik istiqamətdən daha güclüdürlər. İctimai bir
qrupa daxil olma, qrup içərisində özünü reallaşdıra imkanı tanıyan idman
fəaliyyətləri uşaqların sağlam bir psixologiya ilə böyümələrinə imkan
yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!