Uşağı qışda belə geyindirin soyuq dəyməsin

Uşağı qışda belə geyindirin soyuq dəyməsin
Bir Ana - Bir Bala
10.09.2017 10
Valideynlər
yaxşı bilir ki, soyuqdəymə temperatur dəyişməsi - hədsiz isti və hədsiz
soyuğun bir-birini əvəz etməsi nəticəsində yaranır.

Ona
görə də uşağı elə geyindirmək lazımdır ki, o, nə soyuqdan donsun, nə də
istidən tərləsin. Müxtəlif temperaturlar üçün nümunəvi geyim sxemi sizə
problemlərdən uzaq olmağa kömək edəcək. Aile.lent.az Rusiya mətbuatına
istinadən analara uşaqlarını geyindirmək üçün ideal geyim nümunəsini
təqdim edir.



+5/-5 dərəcə

Uzun qollu futbolka, sintefon və ya membranlı kombenizon, kalqotka, üzərindən qış ayaqqabısı, yun əlcək və papaq.



-5/-10 dərəcə

Alt
paltarları və ya termogeyim, nazik vodolazka, poliestrla doldurulmuş və
ya membranlı kombenizon, kalqotka, qış ayaqqabısı, yun corab, yun
əlcək.



-10/-15

Alt
paltarları və ya termogeyim, yun kostyum, poliestrla doldurulmuş və ya
tüklü kombenizon. Papaqlı kurtkanı isə yalnız güclü külək olduğu zaman
geyindirə bilərsiniz. Yun və ya termocorabın üstündən qış çəkmələrini
geyindirin. Yun əlcəyi də unutmayın.



-15/-25

Yenə
də eyni geyimlər. Ancaq gəzintiləri vaxta əsasən məhdudlaşdırın:
küləksiz havada 1 saatdan çox, küləkli havada isə yarım saatdan çox
çöldə qalmayın. 1 yaşı tamam olmayan uşaqlar 15 dərəcədən aşağı
temperaturda ümumiyyətlə, çölə çıxarılmamalıdır.

Bu
sxemdən istifadə edərkən unutmayın ki, bütün uşaqlar fərqlidir. İstər
geyindirərkən, istər gəzdirərkən uşaqların fərdi xüsusiyyətinə,
orqanizminə diqqət edin.



Məsləhət:

Əziz
analar, uşağın kombenizonu və ya qış ayaqqabısı membranlıdırsa,
kalqotka və alt geyimi mütləq sintetik olmalıdır. Passiv gəzinti üçünsə
tərkibində 40%-dən çox təbii parça olmayan termogeyim uyğundur.
Termogeyim yalnız gəzinti zamanı geyindirilməlidir!

Hətta
güclü şaxtada belə, uşağın ağzını şərf və ya dəsmalla bağlamayın. Uşaq
istənilən soyuq havada normal nəfəs alır. Məsələn, mağazaya uşaqla
bərabər düşürsünüzsə, ona elə kombenizon geyindirin ki, içəri girəndə
kurtkanı çıxara biləsiz. Şərflə papağı da çıxardın ki, uşaq tərləməsin.
Uşağın donub-donmadığını burnunun ucu, boynu, topuq və biləklərindən
bilmək olar. Soyuq havada çəhrayı rəng olan yanaq və burun isə donmağın
yox, uşağın sağlamlığının əlamətidir. Çünki üz donmasın deyə qan o
nahiyədə toplanmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!