Körpənin çəkisi

Körpənin çəkisi
Bir Ana - Bir Bala
10.09.2017 25
Doğuş zamanı körpənin çəkisi 

Körpənin
çəkisi onun necə inkişaf etməsinin göstəricisidir, belə ki, ilk bir
neçə ay ərzində mütəmadi olaraq ölçü vacibdir. Yeni doğulmuşlar onların
valideynləri kimi bütün forma və ölçülərdə olur. Doğuşda körpələr adətən
2 - 5 kq arasında olur. Hamiləlik zamanı sağlamlığınız, eləcə də sizin
və yoldaşınızın quruluşu körpənin doğum çəkisinə təsir edən amillərdən
bəziləridir. 



Yeni doğulmuş körpənin çəkisinin azalması 

Anadan
olandan sonra bütün körpələr arıqlayır - bir çoxu ilk bir neçə gün
ərzində ümumi doğum çəkisinin 10%-ni itirir. Ana südü ilə qidalanma
rejimi oturandan sonra və bədəniniz süd ifrazına öyrəşəndən sonra
körpəniz yenidən kökəlməyə başlayacaq. Bir qayda olaraq, bu təxminən 10
gün çəkir. 



Yeni doğulmuş körpənin çəkisinin ölçülməsi 

Körpənin
çəkisi ilk bir neçə ay diqqətlə ölçülərək, sağlam inkişafına nəzarət
ediləcəkdir. Körpənin artımı \'inkişaf qrafiki\" istifadə edərək
ölçülür, lakin bu yalnız bir bələdçidir. Körpəniz qrafikin aşağısı və ya
ən yuxarısından başlasa, narahat olmayın - bu onun çox kilolu və ya çox
arıq olmasını göstərmir. Sizin həkiminiz burada körpənin qrafikə uyğun
stabil inkişaf etməsinə baxır. 



Körpənin çəkisi nə qədər artmalıdır? 

Çəki
ilkin azaldıqdan sonra, sizin körpəniz yəqin ki, ilk bir neçə həftədə
hər həftə 175-225 qr çəki alacaq. 6 ayına çatanda körpəniz yəqin ki,
doğum çəkisinin iki qatı qədər olacaq və bundan sonra artım tədricən
yavaş olacaq. Hərdən çəki normadan sürətli artacaq və ya azalacaqdır,
bunun səbəbi sürətli inkişaf mərhələləri və ya xəstələnmələrdir.
Körpənin çəkisi əlavə qidaya keçid zamanı və hərəkətliliyi artan zaman
da dəyişə bilər, çünki bu zaman körpə yeni qidalara dərhal öyrəşə
bilmir. Ən əhəmiyyətlisi körpənin çəkisinin stabil şəkildə artmasıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!