İmmunitetin yaranması

İmmunitetin yaranması
Bir Ana - Bir Bala
10.09.2017 8
İmmunitetin yaranmasının əhəmiyyəti 

Körpələr
anadan olduqda onların xəstəliklərə qarşı immuniteti zəif olur -
onların immun sistemi daim dəyişir və uşaqlıq dövrü boyunca inkişaf
edir. Buna görə də, onlar böyüklərlə müqayisədə bakteriya və viruslara
qarşı dözümsüz olurlar. Körpə xəstəliklərə qarşı əsas anticisimləri ana
südündən aldığı üçün ana südü ilə qidalandırma immunitetin güclənməsinə
kömək edir. Lakin, peyvəndlər yenə də vacibdir, xüsusən də körpəniz uşaq
qatışıqları ilə qidalanırsa. 



Körpənin
peyvəndlənməsi ilə onun bədəninə çox zəif xəstəlik yeridilir və immun
sistemi güclənərək, xəstəliklə mübarizə aparmağı öyrənir. 



Bir
çox xəstəliklərə immunitetin yaradılması səbəbilə bu gün nadir hallarda
rast gəlinir; peyvəndlənməmiş körpələr arasında bir dəfə xəstəliyin
yayılması onların yoluxmasına səbəb olur, məhz buna görə immunizasiya
belə vacibdir. 



İmmunizasiya nə zaman olmalıdır 

Bütün
körpələr, hətta vaxtından əvvəl olanlar, sizdən əldə etdikləri
immuniteti itirməyə başladıqda - təxminən iki ayından sonra peyvənd
olunmalıdır. 



Körpələrdə immunitetin yaranmasının yan təsirləri 

İmmunizasiyalar
təhlükəsizdir və peyvəndlərə qarşı allergik reaksiyalar çox nadirdir.
Bəzi körpələrdə iynə vurulan yerdə şişlik və ya qızartı əmələ gəlir.
Körpədə bu əlamətlər olarsa, yaxşı bir ağrıkəsici kömək edə bilər. Bəzən
körpələr onlara vurulan peyvəndə görə çox zəif formada xəstəlik
simptomlarından əziyyət çəkir, lakin onlar nəticəsində hər hansı bir
ciddi fəsadla üzləşməyəcəkdir. Körpəniz müdafiə olunmursa, əsl risk
xəstəliyin özünə yoluxduqda meydana çıxır. 



Əgər körpənizin peyvəndə qarşı mənfi reaksiya verdiyini düşünürsünüzsə, həkiminizə müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!