Uşağınız gec yatırsa bunları edin

Uşağınız gec yatırsa bunları edin
Bir Ana - Bir Bala
10.09.2017 24
Yəqin
çox az valideyin tapılar ki,bu problemlə üzləşməsin.Çünki,əksər ailələr
yuxu rejimi ilə bağlı valideyinlərlə uşaqlar arasında anlaşılmazlıq baş
verir.Xüsusilə də ,axşamlar günün yorğunluğundan xilas olmaq istəyən
böyüklər üçün belə hallar daha xatakterikdir.Üstləik əgər evdə ata
da,ana da işləyirsə,problemin daha da dərinləşir.Ancaq,ilk illərdən
başlayaraq uşağı yuxu rejiminə alışdırmaqla problemin qarşısını ala
bilərsiniz.

Bəs
elə isə uşaqlar niyə yatmaq istəmir?Təbii ki,bunun bir çox səbəbləri
var.İlk növbədə 3-6 yaş arası uşaqlar qaydaları pozmaqla valideyinlərin
"səbr kasasını" yoxlamağa çalışırlat.Əsasən bu "test" valideyinlərin ən
çox üzərində durduqu şeylər ətrafında baş verir.Digər tərəfdə əgər evdə
ata da ,ana da işləyirsə, bu boşluğu doldurmaq üçün yatmaq istəmir.Başqa
bir səbəb isə uşağın gecələr qorxduğu üçün yuxuya getməkdə çətinlik
çəkməsidir.

Yeri
gəlmişkən deyək ki,belə problemlər daha çox məktəb yaşına çatmamış
uşaqlar üçün xarakterikdir.Məktəb yaşına çatmış uşaqlarda isə səbəb
stresdir.Digər tərəfdən isə bu problem uşağın həyatında baş verən
hansısa bir hadisəyə reaksiyası kimi ortaya çıxa bilər.Məsələn ailədə
boşanma hadisəsinin baş verməsi və ya ailədə yeni uşaqın dünyaya gəlməsi
kimi.Təbii ki,uşaqların yaşadığları bu cür problemlər vaxtında hiss
etmək çox vacibdir.Bu baxımdan valideyinlər təkcə fədakarlıq yox,nə də
bilik və bacarıq deməkdir.Bu problemin baş verməsi bir səbəbi də ilk
illərdə evdə müntəzəm yuxu rejiminin olmaması və ya yuxu rejiminə riayət
edilməməsidir.



Bəs uşaqlarda yuxu rejimini necə yoluna qoymaq olar?

1.Uşağı
yuxuya həvəsləndirmək üçün yatmazdan əvvəl ona bir nağıl
danışın.Yaşından aslı olaraq uşağınınzı otağında gecə lampası yandıra
bilərsiniz.Əgər uşağınızın yata bilməməsinə səbəb qorxudursa ,otağının
qapısını azacıq açıq qoya və ya sevdiyi bir oyuncaqla yatmasına icazə
verə bilərsiz.

2.-
Uşağınız niyə tez yatmalı olduğunu dərk eləməlidir.Ona görə fə bu
vəziyyəti uşağınıza başa düşə biləcəyi bir şəkildə izah edin.Yeri
gəlmişkən deyək ki,məktəbəqədər dövrdəki uşağlar üçün yuxu müddəti 10-12
saat ,böyüklər üçüns,6-8 saatdır.

3.
İlk illər uşağınız üçün konkret yuxu rejimi tətbiq edin və mümkün qədər
bu rejimin pozulmasına imkan verməyin.Unutmayın ki,yuxu rejimi sizin
iradənizdən asılıdır.

4.-
Uşağınızın mövqeyinizdə hər hansı boşluq hiss etməsinə imkan verməyin
.Əgər uşaqınız ikinizdən birinizin mövqeyində boşluq hiss etsə,
çəkinmədən ondan istifadə etməyə çalışacaq.Ona görə də,istər bu
məsələdə, istərsədə başqa məsələdə həyat yoldaşınızla eyni dildə
dadanışmağa çalışın.

5.
Yuxu rejimində ifrat mövqe tutmaq doğru deyil.Məsələn,həm uşağınız həm
də,ailənizlə bağlı hər hansı müsbət və ya mənfi hadisə uşağınızın yuxu
rejimini dəyişə bilər.Digər tərəfdən ara sıra uşağınızın müsbət
hərəkətlərini mükafatlandırmaq üçün də yuxu rejimində müəyyən güzəştlərə
getmək olar.

6.Siz
televizorun qarşısında oturmusunuz ,uşağdansa yatmasını tələb
edirsiz.Təbii ki uşaq üçün bunu qəbul etmək o qədər də asan deyil.Bunun
üçünsə televizoru söndürə və ya yuxu satına yarım saat qalmış "Bir az
sonra yatmaq vaxtıdır" kimi xəbərdarlığlar uşağınıza yatmağa hazırlaya
bilərsiz.Digər tərəfdən yuxu saatına az qalmış uşaqlarla hərəkətli
oyunlar oynamaq olmaz.

7.Gec
yatan uşaqın gec də oyanması təbiidir.Bu problemi aradan qaldırmaq üçün
uşağınızın başqa vaxtlarla müqayisəfə daha tez yatdığı və daha tez
oyandığı bir günü müəyyən edin.Və o günü mümkün qədər dəyərli
keçirin.Daha sonra bu gün haqqında uşağınızla söhbət edə və:""Dünən tez
yatdığın üçün bu gün tez oyandın,biz də səninlə çoxlu vaxt keçirdik",-
deyərək onu tez yatmaqa həvəsləndirə bilərsiniz...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!