Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları

Valideynlərarası gərginliyin uşaqda yaratdığı davranış pozuntuları
Bir Ana - Bir Bala
10.09.2017 17
Bu
mövzu aktual mövzudur. Böyüdüyümüz ailәdә hәmişә söz ­- söhbәt olub.
Atamız anamızla mübahisә edib və yeri gәlәndә nәnә - babalarımız da
söhbәtә qarışıb. "Gәrginlik" deyәndә bizdә nә nәzәrdә tutulur: "ay,
qışqırma, uşaq qorxar”, "ay, belә elәmә uşaq filan şey eliyәr” deyilәn
bir şey әslindә yoxdur. Ümumiyyәtlә, şüuraltı davranış pozuntuları
yaranır uşaqlarda. Davranış pozuntusu o demәk deyil ki, uşaq vurur,
dağıdır, qışqırır, yata bilmir. Klassik davranış pozuntusu
valideynlәrarası gәrginliklә bağlıdır, söhbәt ciddiyyәtdәn gedir.
Mәsәlәn, ana ilә ata arasında davranış birbaşa uşağa tәsir etmir, әgәr
ana vә ya ata öz problemindә uşaqdan istifadә edirsә, bu zaman tәsir
edir. Tәsәvvür edin ki, ana vә ata arasında inciklik var vә bu halda ana
öz әrinә nәsә vermәk istәyir, ancaq onunla danışmadığına görә uşağı
çağırır vә deyir ki, "al bunu atana ver, filan şeyi filan tәhәr elәsin".
Uşaq qalır ikisinin arasında. Uşaq olur burda "hakim” rolunda, әslindә,
top rolundadır. Uşaq öz dәrsini, işini atır, iki fiqurun arasında
qalır. Bu zaman uşaq öz uşaqlığını yaşaya bilmir. Lev Tolstoyun belә bir
sözü var: " İnsan ömrünün sonuna qәdәr bütün yaş mәrhәlәlәrini
(uşaqlıq, yeniyetmәlik, gәnclik, qocalıq) yaşamamış ölmür". Söhbәt tәbii
ki, tәbii ölümdәn gedir. Bu artıq sinestetik qanundur, yәni әgәr mәn
uşaqlığımı uşaq yaşlarımda yaşamıramsa, bunu mәn yeniyetmәlik vaxtında
yaşayacam vә çox gülmәli görünәcәm. Yәqin görmüsüz, qoca, yaşlı qadınlar
üzlәrinә çox qəribə makiyajlar edirlәr, gülmәli paltarlar geyinirlәr.
Hәr yaşın öz әlamәti vә bacarığı var ki, onu yaşamaq hәmin yaşda
gözәldir. Bayaqkı nümunәdә "hakim” rolunda çıxış edən uşaq mәcburdur ki,
özünü böyük kimi aparsın, ancaq yeniyetmәlik vaxtında o, özünü uşaq
kimi aparmağa başlayacaq vә valideynlәr üçün başqa bir problem
yaranacaq. Klassik davranış pozuntuları faktoru özünü әn çox bu hallarda
göstәrir, mәsәlәn; uşağın qarnı ağrıyır, uşağı hәkimә aparırlar, ancaq
müәyyәn olur ki, uşağın qarnında heç bir problem yoxdur. Uşaq qarın
ağrısı vasitәsilә ana vә atası arasındakı münaqişәni şüuraltı idarә
edir. Ana vә ata dalaşırlar, axşam uşağı qarın ağrısı tutur, ata uşağı
saxlayır, ana nәsә gәtirmәyә gedir, bir ­- birlәri ilә danışırlar. İstәr
- ­istәməz valideynlәr uşağa görә mehriban olurlar. O da istәyir ki,
ana vә atasının diqqәtini özünә yönәltsin, onları bir yerdә mehriban
görsün. Gecәlәr uşaqda enuresiz (altını islatma) olur. Uşağın
böyrәklәrini yoxladırlar, görürlәr ki, heç nә yoxdur. "Ay qorxudan,
stressdәn" falan deyil, elә şey yoxdur, 90% hallarda valideynlәrarası
münasibәtlәrin gәrginliyindәn qaynaqlanır, şәxsәn öz tәcrübәmdәn
deyirәm. Yersiz ağrılar, cinsiyyәt orqanında qaşınmalar, allergiyalar vә
s. Valideynlәrarası münasibәtlәrdәki gәrginliklәr uşaqlarda 3 formada
özünü göstәrir: bayaq dediyim balaca "hakim”, klassik davranış
pozulmaları, enuresiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!