Uşaq ağlayırsa nə etməli?

Uşaq ağlayırsa nə etməli?
Bir Ana - Bir Bala
10.09.2017 21
Cavan ananın uşağı ağlayanda o, çox narahat olur: uşağına kömək etmək istəyir, lakin nə etmək lazım gəldiyini bilmir. 


yeni doğulmuş uşaq, nə də südəmər uşaq səbəbsiz ağlamır. Uşaq da böyük
adam kimi, yalnız hər hansı bir səbəb olduqda ağlayır. Buna görə də
həmişə uşağa kömək etməyə çalışmaq lazımdır. Uşağı ağladan səbəbi aradan
götürəndə o tez ağlamağı kəsir.ağlayan körpə uşaq 



Sağlam südəmər uşaq bəs niyə ağlayır?

Südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu bilmək lazımdır. 

Uşaq otaqda səs-küy çox olduqda ağlayır; belə halda səs-küyü aradan qaldırmaq çox asandır. 



Otaq çox isti yaxud əksinə, soyuq olduqda da uşaq ağlayır.

Yeni
doğulmuş yaxud südəmər uşaq susuzluqdan ağlayır. Birinci günlər döş
vermək hələ tamam qaydaya düşmədiyinə görə uşağa qaşıqla çay vermək
lazımdır. Uşağa istədiyi qədər çay vermək olar. Çayı hər 10 dəqiqədən
bir yox, gündə 5-6 dəfə əmizdirmələr arasında vermək lazımdır. Uşağın
ağlamasına səbəb susuzluq olubsa, çay içdikdən sonra o daha ağlamır. 

Uşaq
ac olduqda ağlayır. Belə olduqda onu yedizdirmək (əmizdirmək) lazımdır.
Lakin birinci günlər uşaqlar aclığa görə az ağlayırlar. 

Südəmər
uşaqların çox vaxt qarınları ağrıyır, buna görə də ağlayırlar. Bu
xəstəlik deyildir. Uşağa bir neçə qaşıq çobanyastığı və ya zirə çayı
verin, bundan sonra onun qarnının ağrısı tez kəsəcək və o
sakitləşəcəkdir. 

Uşaq
bəzən onu işıq narahat edəndə ağlayır. Yeni doğulmuş uşaq hələ gün
işığına alışmamışdır, o yarıqaranlıq otaqda özünü daha yaxşı hiss edir.
Güclü işıq uşağın ağlamasına səbəb olur. 



Anadan
olandan bir neçə gün sonra uşaq özünü işıqlı otaqda yaxşı hiss edir;
lakin güclü işıq, xüsusən günəş şüaları yaxud lampa işığı düz onun
gözünə düşdükdə o özünü narahat hiss edir. Buna görə də uşağı elə qoymaq
lazımdır ki, günəş şüaları və ya süni işıq gözünə düşməsin. 

Uşağın
yeri narahat olmadıqda və tərpənə bilmədikdə (ana onun əllərini,
bədənini sıxıb və ayaqlarını dartıb bərk bələmişdir) ağlayır. Düzgün
inkişaf edən uşaq əllərini, ayaqlarını oynatmalıdır, bunu etməyə
qoymayanda ağlağan olur. 



Yeni
doğulmuş yaxud südəmər uşağın əsgiləri azca islandıqda adətən ağlamır.
Yalnız o zaman ağlayır ki, əsgilər tamam islanmış olur və o bundan
üşüyür yaxud sidik dərisini göynədir. 

Uşağın yuxusu gəldikdə, lakin yuxulaya bilmədikdə ağlayır. Otaqda səs olmadıqda uşaq tez yuxuya gedir. 

Həmçinin
uşaq hər hansı bir yeri ağrıdıqda yaxud xəstələndikdə ağlayır. Südəmər
uşaq tez-tez və uzun müddət ağlayırsa və ana bunun səbəbini tapa
bilmirsə, uşağın xəstələnməsindən şübhələnmək və onu həkimə göstərmək
lazımdır. 



Ana
uşağın ağlamasının səbəbini düz tapsa və ona lazımi yardımı göstərsə,
əgər uşaq sağlamdırsa, ağlamağı kəsər, sakitləşər və ya yuxulayar.
Təəssüf ki, bəzən elə olur ki, ana uşağa yardım göstərməyə çalışıb
fikirləşmədən hərəkət edir, özü də həmişə eyni şeyi edir, elə bil uşaq
həmişə eyni səbəbdən ağlayır. 

Elə
analar da vardır ki, uşaq ağlamağa başlayan kimi səbəbini
aydınlaşdırmadan (uşaq üşüyürmü yaxud yuxusu gəlirmi) dərhal döş verir.
Uşaq hətta ağlamağını kəssə də, bu cür yardım həm uşağa, həm də ananın
özünə zərərdir. Bəzi analar isə uşağın ağlamasının səbəbini əsgilərin
islanmasında görüb tez-tez onun əsgilərini dəyişirlər. Əsgiləri tez-tez
dəyişdikdə uşağa soyuq dəyə bilər, digər tərəfdən tez-tez bələməyin özü
də onu narahat edir. 



Yadda
saxlamaq lazımdır ki, birinci həftələr uşağın əsgiləri demək olar ki,
həmişə yaş olur, çünki hər 10-15 dəqiqədən bir siyir. 

Bəzi analar səhvən belə düşünürlər ki, uşaq yatmaqdan bezib və qucağa gəlmək istəyir. 



Uşağın
nədən ağlamasını və ona necə yardım etmək lazım gəldiyini bilmədən ana
tez onu qucağına götürür və yırğalayır. Uşaq anasının qucağında
sakitləşir, lakin onun ağlamasına səbəb susuzluq yaxud əsgilərin yaş
olmasıdırsa, çarpayısına qoyan kimi təzədən ağlamağa başlayır, çünki
ağlamağın səbəbi aradan qaldırılmamışdır. 

Anasının
daim qucaqda onu yırğalaması uşağın xoşuna gəlir. Lakin anası onu
qucağa az götürdükdə və əsgilərini dəyişib təzədən yerinə qoyduqda da
özünü yaxşı hiss edir, burada o gününü yaxşı keçirir. Bundan başqa uşaq
üçün çarpayı daha rahatdır, çünki o burada sərbəst surətdə əl-qolunu
oynada bilir. 



Aydındır ki, uşaq öz çarpayısında olanda ana üçün də rahatdır. 

Uşaq
ağlayanda çox hirslənibsə, əvvəlcə ağlamağın səbəbini aradan qaldırmaq,
onu mehriban səslə sakitləşdirmək yaxud qucağa götürmək, sakitləşdikdə
isə təzədən yerinə qoymaq lazımdır. Birinci gündən uşaqla bu cür rəftar
edilsə, sonralar o özünü sakit aparacaqdır. 



Körpələrin ağlaması onların yuxu prosesini normallaşdırır 

Avstraliya
alimləri 6 illik araşdırma sonu qəribə görünən nəticəyə varıblar: əgər
körpə ağlayırsa, onu ovundurmağa tələsmək əvəzinə acı göz yaşları
tökməsinə imkan vermək lazımdır. Alimlərin fikrincə, bu, körpələrin yuxu
prosesini normallaşdırır və onlar 30% daha artıq yatırlar. Uşaqların
fasiləsiz daha uzun müddət yatmaları da südəmər körpə bəsləyən analar
arasında depressiya hallarını 40 faiz aşağı salır. 



Altı
il bələkdən məktəb yaşınadək 225 uşağı müşahidə altında saxlayan
mütəxəssislərin qənaətinə görə, körpələrin səbəbsiz ağlamasına müdaxilə
etmədikdə onlar yuxu vərdişlərini daha tez mənimsəyirlər. Avstraliyalı
pediatrlar ağlağan uşaqda sonradan psixi pozğunluq yaranacağına ehtimal
verən alimlərin fikirlərini qətiyyətlə rədd edirlər. Tədqiqatçıların
söylədiyinə görə, valideyn nəzarətində körpələrin ağlamasına imkan
verilməsinin heç bir zərəri yoxdur və bu, yalnız körpələrin xeyrinədir.
Əlbəttə, bu zaman gecə aclıqdan ayılıb yemək tələbi, həmçinin müxtəlif
səbəblərdən yaranmış narahatlıqlara \"üsyan\" ilə yuxu öncəsi normal
ağlamanı ayırmağı bacarmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!