Analar, körpələrinizi bakteriyaya yoluxdurmayın!

Analar, körpələrinizi bakteriyaya yoluxdurmayın!
Bir Ana - Bir Bala
10.09.2017 9
Körpəni
çox istəyirik, onu öpüb-qucaqlamaqdan, bir sözlə, əzizləməkdən
yorulmuruq. Ancaq bəzən özümüz də bilmədən müxtəlif yollarla körpəyə
bakteriya yoluxdururuq. Məsələn, ana dişlərin çürüməsinə səbəb olan
"streptococcus mutans” adlı bakteriyalar qrupunu asanlıqla körpələrinə
yoluxdura bilirlər. Bu bakteriyalar da körpədə sonradan müxtəlif cür
xəstəliklərə səbəb olur. Bakteriyalar körpəyə ananın tüpürcəyi
vasitəsilə, körpənin yemək yediyi qaşıqla yeməyin dadına baxması ilə və
ya butulkadakı südün isti-soyuqluğunu yoxlayarkən yoluxur. Beləliklə,
ananın ağzındakı çürük dişlərdən ayrılan bakteriyalar körpəyə keçir. Bu
baxımdan ana üçün ağıza və dişə qulluq çox vacibdir.Buna görə də,
əvvəlcə, ağızda olan çürük dişləri və diş əti xəstəliklərini aradan
qaldırmaq lazımdır. Şübhəsiz ki, körpələr təkcə bu yolla bakteriyalara
yoluxmurlar, eyni zamanda təmiz yuyulub təmizlənməmiş butulkada verilən
süd, əlinə keçən hər şeyi ağzına aparması və digər amillər də onun
bakteriyaya yoluxmasına şərait yaradır.Hər zaman diqqətli olaq və
körpələrimizi qoruyaq.Çünki onlar bizim gələcəyimizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!