Yaş dövrlərinə görə tərbiyə metodları

Yaş dövrlərinə görə tərbiyə metodları
Bir Ana - Bir Bala
10.09.2017 18
"Tərbiyə" sözü bizdə yalnış qarşılanır. Tərbiyə metodunun iki növü var: uşağa qayda qoymaq, uşağa qadağa qoymaq. Bunlar tamamilə fərqli anlayışlardır. Danılmaz faktdır ki, Azərbaycan ailələrinin 90%-i uşağa qayda deyil qadağa qoyur. Yəni, bizim uşaqlarımız qaydasızdır, amma qadağalıdır. Tərbiyə o deməkdir ki, insan özü sərbəst olaraq həyata atılsın və özünün qərar vermə bacarığı olsun. Bir növ yaxşını pisdən seçə bilsin. Amma bizim uşaqlarımız onu bacarmır. Oğlan uşağı uşaqlıqdan öz anasının nəzarətində böyüyür. Həmin dövr bitəndən sonra, yəni evləndikdən sonra həyat yoldaşının ixtiyarında yaşamağa başlayır və ömür boyu belə də davam edir. Eyni zamanda qız uşaqları atasının nəzarətində böyüyür və o nəzarət bir dövrdən sonra keçir həyat yoldaşının üzərinə və eyni formada da axıra qədər davam edir. Sistem bu formada qurulur, yəni tərbiyə anlayışı bizdə düzgün qiymətləndirilmir.

İnsan heç kimin nəzarəti olmadan özünün qərarı əsasında yaxşını pisdən seçə bilməlidir. Qorxduğuna görə yox, sırf pis olduğunu başa düşdüyünə görə yalnış addım atmamalıdır. Bunu hər yaşa öz maraq dairəsinə uyğun formada aşılamaq lazımdır.

Uşaqlıq yaşa görə 4 dövrə bölünür:

- Birinci yaş dövrü çağalıq dövrüdür - anadan olandan 1 yaşa qədər olan dövrü əhatə edir.

- İkinci yaş dövrü körpəlik dövrüdür - 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir. 

- Üçüncü yaş dövrü məktəbəqədər yaş dövrüdür - 3 yaşından 6 yaşa qədər olan dövrü əhatə edir. 

- Dördüncü yaş dövrü isə kiçik məktəbli dövrüdür - 6 yaşdan 10 yaşa qədər olan dövrü əhatə edir. 

Hər yaşa aid tərbiyə metodları mövcuddur. Bunun üçün hər yaşın aparıcı fəaliyyəti nəzərə alınmalıdır, bu fəaliyyətin nə olduğu haqqında fikir sahibi olunmalıdır. Məsələn: Çağalıq dövrünün aparıcı fəaliyyəti yaşlılarla emosional ünsiyyətdir. 1 yaşına qədər olan uşağın üstünə qışqırsaq, o, bizi təbii ki başa düşməyəcək. Buna görə də biz onlara emosiyalari öyrətməliyik. İnsan 3 sferada inkişaf edir: sosial, emosional və intellektual sferada. İlk olaraq uşaq emosional sferada inkişaf edir. Uşaq anadan olanda ağlayaraq öz emosiyasını bildirir. Yəni, uşağın ilk olaraq emosional sferası inkişaf edir. Emosional sfera əsasında sosial sfera və bu iki inkişaf sferasından sonra isə intellektual sfera inkişaf edir. Uşağın 1-ci ayından 3-cü ayına qədər ən kritik dönəmi emosional sferaya daxildir. 3-cü ayından sonra yavaş-yavaş sosiallaşmağa başlayır. Və 1 yaşdan etibarən artıq intellektual sfera başlayır. Bu o deməkdir ki, yaşlılarla emosional ünsiyyət sırf buna görə çağalıq dövrünün aparıcı fəaliyyətidir. Çağalıq dövründə ən birinci qayda qida və yuxu rejimidir ki, anaların çoxu bunu bacarmır. Bunu uşağa emosiyalarla bildirmək lazımdır. 

Növbəti dövr körpəlik dövrüdür. 1 yaşdan 3 yaşa qədər olan yaş dövrünü əhatə edən bu dövrün aparıcı fəaliyyəti əşyalarla manipulyativ fəaliyyətdir. Yəni, uşaq sosiallaşdıqda artıq cəmiyyətə atılır. Bunun 2 pilləsi var: birinci məsuliyyət, ikincisi isə fəaliyyətdir. İnsan fəaliyyətdə olarkən üzərinə məsuliyyət götürür. Məsuliyyəti olan insan isə artıq sosiallaşa bilir. Məsələn: bu yaşda uşaq artıq oyuncaqlarını qırır, qab - qaşığı dağıtmağa çalışır, ətrafını öyrənməyə başlayır. Bu yaşda uşağa qaydaları necə öyrətmək olar? Tutaq ki, uşaq gəlinciyinin paltarını cırır. Ona qışqıraraq " Nə qədər pul xərcləmişəm niyə cırırsan?! ” şəklində yox, əvvəlcədən öyrətdiyimiz emosiyalarla "bax qızım cırıldı paltarı, axı o indi paltarsız qaldı, o indi utanır, adamların yanına belə çıxmaq olar?!” deyərək həm də, bilgi ötürürük. Bununla paralel olaraq uşağı düşünməyə məcbur edirik. Məktəbə qədər dövrün aparıcı fəaliyyəti isə, oyundur. Biz bura ən çox kollektiv oyunları aid edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!