Uşağa yox sözünü necə söyləməli?

Uşağa yox sözünü necə söyləməli?
Bir Ana - Bir Bala
10.09.2017 11
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, psixoloqlar deyir ki, uşağa "yox” demək olmaz. Ümumiyyətlə heç bir psixoloq deyə bilməz ki, uşağa "yox” deməyin, sadəcə uşağa niyə ”yox” dediyinizi başa salın. Bu fikir əlbəttə ki, doğrudur. Tutaq ki, uşaq deyir ki, "Mən bugün gəzməyə getmək istəyirəm”. Buna cavab olaraq deyilsə ki, "yox getməyəcəksən”, uşaq bilmir ki, nəyə görə getməyəcək. Və uşaq yenə deyir ki, "Getmək istəyirəm” və inad edir. Bu inadkarlığın olmaması üçün və uşağın təfəkkürünün – təxəyyülünün daha zəngin olması üçün biz ona qabaqcadan deyirik: "Bilirsən, bugün mənim işim çoxdur, çox yorğunam. Ona görə bugün gedə bilməyəcəyik, amma həftəsonu mən çalışacam səni gəzməyə aparım”. Bununla uşağa birinci səbr etməyi, ikinci yalan danışmamağı öyrədirik. Aristotelin bir ifadəsi var, deyir: "Mən dediyim kimi yaşayın, mən yaşadığım kimi yaşamayın”. Və elə də olmur heç vaxt. Valideyn çox deyə bilər ki, "onu etməyin, bu işi görməyin, doğru – düzgün olun” amma bunu valideyn özü yaşamırsa, bu artıq onun boşboğazlığına gətirib çıxarır. Valideyn öz sözünün ağası olduğu müddətcə uşaq da belə olacaq. Valideyn deyirsə, "Bazar günü gedəcəyik” və sonra həftə içi deyirsə, "Gəl gedək” artıq vaxt itdi. Artıq uşaq "Bunu tez eləmək olardısa, niyə eləmirdin?” kimi valideyndən tələblər edir. Biz əslində uşağı kiçik bilirik. Heç nəyi başa düşməyən və s. Əslində o hər şeyi çox gözəl başa düşür və dərk edir. Sadəcə gözləyir və gözlədikdə o nəticə əldə olunmadıqda, o artıq sizin başınıza corab hörür. Nə üçün uşaq bilmir ki, ailədə disiplin nədir. Uşaq ağ vərəqdir, nə yazarıqsa onu da görərik. Əgər doğrular yazılmazsa, o da bizə doğruları göstərməyəcək. Əgər biz uşağımızdan şikayət ediriksə, bu bizim özümüzdən olan şikayətimizdir. Deməli, biz dönüb özümüzə baxmalıyıq ki, harda nəyi səhv buraxmışıq və niyə səhv buraxmışıq, ikinci dəfə bunu necə etməyək. "Yox” sözü uşağa sadəcə izah olunmalıdır, niyə yox. "Niyə” ilə deyilən sözlər uşaq üçün yox hesab olunmur. Bəzən valideynlərin səbri çatmır , bu zaman nəticəsinə dözməyə məcburdurlar. Bir dəfə səbrini cilovlaya bilsə, uşaq artıq düşüncəli şəxs kimi formalaşa bilər. İkinci dəfə səbr etməyə bilər, artıq uşaq onun nə demək istədiyini başa düşəcək. Amma biz bugün "Mən səbrsizəm” deyib, sabah öz uşağımızdan şikayətləniriksə, bu bizim özümüzün özümüzlə olan problemimizdir. 



Müəllif: Psixoloq – psixoterapevt Vəfa Əkbərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!