Uşağın tərbiyəsində ata və ananın həmfikir olmasının rolu

Uşağın tərbiyəsində ata və ananın həmfikir olmasının rolu
Bir Ana - Bir Bala
10.09.2017 19
Uşaq tərbiyəsində ata ilə ananın bir-biri ilə həmfikir olması nə qədər əhəmiyyətlidir?



Uşaq
tərbiyəsinə aid mühüm məsələlərdən biri ata- ananın bir-biri ilə
həmfikir olmasıdır. Tərbiyə uçmaq üçün iki qanada ehtiyacı olan quş
kimidir. Tərbiyədə (fiziki cəzadan istifadə, sərtlik, gəzintilərdə
iştirak, dini mühitdə olmaq və s. kimi tərbiyə üsullarında) vali­deynlər
arasında konfliktin olmağı uşağı ziddiyyətli dü­şüncələrə düçar edir.
Atanın baxışları bir cür olub mü­əyyən şeylər tövsiyə edəndə, ananın
baxışları isə baş­qa cür olub başqa cür məsləhətlər verəndə, uşaq
on­lardan birini qəbul etmək məcburiyyətindədir. Lakin o, həm ata, həm
də anasını çox istədiyi üçün ikisin­dən birini seçə bilmir və nəticədə
əsəb iltihabına və ziddiyyətli düşüncələrə məruz qalır



Övladınızın
tərbiyəsində fərqli baxışlarınız varsa, danışıq və fikir mübadiləsi
apararaq ortaq məxrəcə gəlin. Bu danışığın uşağın yanında olmamasına da
diqqət edin. Razılığa gələ bilməyəndə savadlı, imanlı və ürəyiyanan
müşavirin nəzəri həlledici ola bilər.



Mərhələli
tərbiyə və qarşıya çıxan müstəsna hallar­da da valideynin, hətta
ailənin digər üzvlərinin həmfi­kir olması lazımlıdır. Ata küsmək
üsulundan’ istifadə etmək istəyir, lakin ana onunla həmfikir olmadığı
üçün, ata küsən zaman uşağa məhəbbət göstərir və atanın küsməsinin
faydası olmur. Yaxud ana uşağı danlayanda ata, ananın yanında uşağın
tərəfini saxla­yır və təbii ki, bu vaxt ananın düşünülmüş danlağı öz
təsirini itirir.



Tərbiyədə
məktəb ilə ailə arasında fikir eyniliyinin olması zəruridir. Düzdür, bu
həmrəyliyin olmamasının ziyanı valideynlərin həmrəy olmamalarının
ziyanı qə­dər deyil. Çünki uşağın ruhi-emosional əlaqəsi valideynlə olan
emosional əlaqə kimi deyil.



Məktəblə
həmrəy olmamağın mənfi nəticəsi budur ki, valideynin evdə verdiyi
tərbiyə, yaxud məktəbin ver­diyi tərbiyə təsirsiz olur.



Ailə
ilə məktəb arasında həmrəylik yaradılmasının ən yaxşı yolu valideynin
valideyn komitəsinin toplantı­larında iştirak etməsi və müəllimlərlə
görüşmək, tele­fon əlaqəsi saxlamaq və yazışmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!