Uşaqlarda burun tutulması

Uşaqlarda burun tutulması
Bir Ana - Bir Bala
10.09.2017 35
Allergiyalı uşaqların burun pərdəsində olan xüsusi bir molekul virusları
tutub saxlayır, bu isə nəticədə onlarda xəstəliyə səbəb olur. Ona görə
də mütəxəssislər, xüsusilə, allergiyalı uşaqların bu xəstəliklərə qarşı
immunitetinin gücləndirilməsinin vacibliyini irəli sürürlər. 



Allergik zökəm uşaqlarda, əvvəlcə, burun tutulması ilə başlayır və uşaq
xəstə olmasa belə, burnu tutulduğu üçün nəfəs almaqda çətinlik çəkir.
Belə uşaqlarda ağzıaçıq yatmaq və hətta xoruldamaq hallarının da
müşahidə olunması təbiidir.



Bu vəziyyət burun pərdəsində meydana gələn allergik şişmədən irəli gəlir
və buna zökəmdən irəli gələn burun tutulması da əlavə olunduqda
xəstəlik daha da ağırlaşır.



Zökəm (və ya qrip) zamanı burunətrafı sinus boşluqları ifrazatla dolur.
Burun tutulmasının ağır vəziyyətində ifrazat xaric oluna bilmədiyi üçün
daxilə oksigen getmir, bu isə mikrobların daha da çoxalmasına və sinuzit
xəstəliyinin meydana gəlməsinə səbəb olur.



Uşaqlarda sinuzit böyüklərdə olduğu kimi, başağrısı vermir, ancaq burun
tutulması, burun axması şəklində müşayiət olunur. Allergiyalı uşaqlarda
infeksiya bronxlara keçməmiş tədbir görmək lazımdır. Çünki sonradan bu,
bronxial astma xəstəliyinə çevrilə bilər. Buna görə də bədənin immunitet
sistemini gücləndirmək, infeksiyaya qarşı müqavimətini artırmaq
lazımdır. Bunun üçün uşağa payızda tətbiq olunan "mikrob peyvəndi"
vurdurmaq lazımdır.



Bu, allergiyalı uşaqların qış mövsümünü daha rahat keçirməsini təmin
edir. Digər tərəfdən, immunitet sistemi üçün D vitamini də lazımlıdır.
Buna görə də bədəndə D vitaminini "möhkəmləndirmək" şərtdir. Bol
meyvə-tərəvəz, toyuq, balıq və taxılla zəngin məhsullarla qidalanmaq
bədəndə antioksidant səviyyəsini artırır və orqanizmin xəstəliklərdən
qorunmasını təmin edir.



Su bəlğəmə qarşı ən yaxşı vasitə hesab olunduğu üçün uşaqlara meyvə
şirəsi əvəzinə, su vermək daha vacibdir. İnfeksiyaya qarşı müqaviməti
artıran başqa bir maddə isə "Omeqa-3" yağ turşularıdır. Balıq və balıq
yağında bol olan bu maddənin qış aylarında uşaqlara verilməsi immunitet
sistemini gücləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!