Uşaqlarınızı bu təhlükədən qoruyun

Uşaqlarınızı bu təhlükədən qoruyun
Bir Ana - Bir Bala
10.09.2017 13
Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur. 



Milli
Məclisdən Trend-ə verilən məlumata görə, növbəti iclaslarda bu məsələ
ilə bağlı \"Əhalinin sağlamlığının qorunması haqqında\" qanuna əlavə və
dəyişikliklər edilməsinin təklif edilməsi nəzərdə tutulur. 



Qeyd
olunub ki, ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək
aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli
sahələrindən biridir: \"Ağız boşluğunda olan infeksiya sonradan daha
ciddi fəsadlara gətirib çıxarır. Problemin qarşısını vaxtında almaq
lazımdır ki, digər xəstəliklərə yol açmasın. Orta məktəblərdə
şagirdlərin ağız boşluğunun müayinə olunması, müayinədən sonra lazım
gələrsə, müalicə edilməsi və müalicənin də uşaqlara ağrı, psixoloji
tramva vermədən aparılması vacib məsələdir\". 



Mənbənin
sözlərinə görə, bu gün Azərbaycanda səhiyyə sahəsi xeyli inkişaf edib,
Azərbaycanda orqan köçürülməsindən tutmuş digər ağır əməliyyatlar həyata
keçirilir: \"Ancaq elə məsələlər var ki, diqqətdən kənarda qalır. Gərək
valideynlər özləri də bu məsələdə diqqətli olsunlar\". 



Ekspertlər
də bu məsələnin olduqca vacib olduğunu qeyd edirlər. Onların
qənaətincə, ağız boşluğunda olan mikroblar daha sonra özünün digər daha
ağır fəsadları ilə də qorxuludur. 



Çünki
iltihab prosesi diş kökü ətrafı sümük toxumasına keçərək periodontit
xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən
osteomielit xəstəliyinə səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!