Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır

Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır
Bir Ana - Bir Bala
10.09.2017 31
K.
Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib
Quliyev meyvələrin uşaqlara təsiri haqda danışıb. N. Quliyev deyir ki,
uşaqlar daha çox yerli meyvələrlə qidalanmalıdır: 



Zərərli
meyvə yoxdur. Əsas məsələ ondadır ki, uşaqlara yaşadığı yerə uyğun
meyvələr verilsin. Hazırda çox xoşagəlməz hal var; uşaqlara hər şeydən
çox banan verilir. Bananı çox yeyən uşaqlarda klasiyorkor xəstəliyi
yaranır ki, bu da Afrika qitəsinə, isti ölkələrə xas xəstəlikdir. Bu
xəstəlik uşaqlarda qarnın böyüməsi, bədəndə ödemlərin əmələ gəlməsi, qan
azlığı, rəngin avazıması, inkişafın yavaşıması ilə xarakterizə olunur.
Bananın tərkibində zülal yoxdur, əsas etibarilə karbohidrat var. Bədəndə
zülalsız ödem inkişaf edir”. 



Pediatr uşaqlara meyvə yedirdərkən valideynlərin səhvə yol verdiyini də vurğulayır: 

"Uşağa
meyvənin şirə, yaxud püre halında verilməsi onun yaşıyla əlaqəlidır.
Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda şirə halında
verilməlidir. Püre şəklində vermək olmaz. Çünki onun tərkibində
sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre şəklində vermək
olar. Üç yaşından yuxarı uşaqlar isə meyvəni böyüklər kimi qəbul edə
bilərlər”. 



N.Quliyev yay fəslində uşaqların immunitetini gücləndirmək üçün bir çox vasitələrin olduğunu deyir: 

"Yayda
valideynlər çalışmalıdırlar ki, uşaqların orqanizmi möhkəmlənsin.
Məsələn, uşaqlar açıq havada gəzdirilməli, dəniz, gün vannası qəbul
etməlidirlər. Bu onların immunitetinin möhkəmlənməsinə təsir göstərən
əsas amillərdəndir”. 



Valideynlərin ən çox iqlim dəyişikliyinin uşaqların orqanizminə mənfi təsirindən şikayətlənir: 

"İqlimi
dəyişəndə, yəni bir yerdən başqa yerə gedəndə ən təhlükəli hal
uşaqların mikrobiosenozunun dəyişməsidir. Yəni uşaq yaşadığı yerdə
bakteriyalara uyğunlaşır, iqlim dəyişikliyi olanda ətrafdakı
bakteriyalar da dəyişir. Həmin bakteriyalardan biri onu hər-hansı
xəstəliyə yoluxdura bilər. Belə halların qarşısını almaq üçün uşaqların
immunitetini gücləndirmək lazımdır. Bunun üçün onların düzgün
qidalanmasına diqqət yetirməliyik”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!