Uşaqları qorşoka necə alışdıraq

Uşaqları qorşoka necə alışdıraq
Bir Ana - Bir Bala
10.09.2017 38
Valideyn məsləhəti, Qorşoka öyrətmənin müxtəlif növləri var. Bu üsullar
isə körpənin və valideynin rahatlığına görə dəyişir. Ona görə də uşaqla
ehtiyyatlı və mülayim davranmaq lazımdır.Danlamaq və cəzalandırmaq
qətiyyən olmaz. Əks təqdirdə həm körpənin əsəb sistemi korlanacaq, həm
də onda qorşoka qarşi nifrət oyanacaq. Beləlikə, bunları bilmək üçün
nələri etməli və bilməliyik:



1.Körpənin bezini tez-tez çalışın dəyişəsiniz ki, daimi təmizliyə öyrənsin. Bu zaman altını batırarkən diskomfort hiss edəcək.



2.Qarşoku həmişə göz qabağında saxlayın.



3.Uşağa diqqət edin. O "bayıra çıxmamış" müxtəlif səslər çıxara və ya
gücənə bilər.Bəzi uşaqlar gizlin yerlərə, gözdən uzağa çəkilirlər.



4.Körpənizi izləyin. Əgər onun nəcisə çıxmağı həmişə eyni vaxtlarda baş
tutursa, məhz o zaman qorşoka əyləşdirin, çox oturmaqdan da yorulmasın.



5.Qorşokda əyləşərkən körpənizin mütləq yanında durun, maraqlı söhbətlər
aparıb, nağıllar oxuyun ki, darıxmasın və bu prossesdən yorulmasın.



6.Qorşoka öyrətmə dövrünü mütləq isti aylara salın ki, bu zaman
körpənizi yüngül geyindirə biləsiniz ki, soyundurarkən rahat olsun. Əgər
yay aylarına düşürsə, hətta alt paltarsız və bezsiz də saxlamaq olar.



7.Əgər körpənin qorşokdakı işi uğurla bitibsə, onu mütləq tərifləyin ki, sonralar da ana və atasını sevindirmək üçün çalışsın.



8.Körpənin qorşokdakı uğurlu işlərinə görə, hədiyyələrlə sevindirin.







9. Əgər uşaq qarşokda çox qıvranırsa, narazılıq edirsə qışqırırsa davam etməyin mənası yoxdur.Əsəbi uşaq heç nəyi öyrənməyəcək.



10.Uşağı qorşoka əyləşdirərkən, hər dəfə yönləndirici səsələrdən
istifadə edin. Məs: "ps-ps”,”ə-ə”. Bunun körpənizə xeyri ola bilər.Əgər
siz gecikmizinizsə və körpə altıni batırırsa, zaman kecdikcə bu
səslərdən istifadə edərək sizə nə istədiyini bildirəcək.



11. Evdə yaşca böyük övladınız varsa, körpənizə nümunə ola bilər.



12.Əgər uşaq xəstədirsə qarşoka öyrətmə prossesinə başlamayın.



13.Gəzinti vaxtı ayaqyoluna getmək istəyi ilə maraqlanır.



14.Qorşoka həmişə yuxudan əvvəl və sonra, yeməkdən sonra və gəzintidən sonra oturtmağı unutmayın.



15. Bu gün isə müasir dövrdə həm oğlanlar və qızlar üçün gəlinciklər var
ki, körpəniz onların uzərində (onları soyunduraraq.bezlərin
dəyişərək)öyrənə bilər.



16.Və mütləq əziz analar, bunu yadda saxlayın ki, qorşoka öyrətmə
körpəniz üçün məcburiyyət yox, əyləncəli şəkildə olmalıdır. Əgər heç bir
metod yaramırsa, deməli bu prossesi sonraya saxlamaq lazımdırскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!