Qızlarımızı tərbiyə edərkən səhvimiz

Qızlarımızı tərbiyə edərkən səhvimiz
Bir Ana - Bir Bala
10.09.2017 6
Qızlarımızı həyata necə hazırlayırıq? 

genc
gimnastlarBir gün sizin də qızınız böyüyəcək və yəqin ki, onun kiçik
qəlbinin arzularının gerçəkləşməsini istəyərsiniz. Axı onun da
arzuladığı peşəyə sahib olmaq haqqı var. 

Bəlkə
qızınız yanğınsöndürən, bəlkə də yazıçı, ya da boks üzrə olimpiya
çempionu, yaxud məşhur aşpaz, serjant, prezident…. olmaq istəyəcək? 

Onun başqa—kişi həmkarları qədər qazanmağını istərsiniz, deyilmi? 



Amma
qadınlarla kişilər eyni işə görə heç də həmişə eyni maaşı almırlar.
Səbəb? Bu suala cavab axtaran çox olub, amma konkret söz deyən yoxdur.
Bəziləri deyir ki, "qadınlar sövdələşə bilmir. Sövdələşəndə də aqressiv
görünür, rədd edilirlər.” Ya da "qadınlar bütün yükü tək daşımağa
öyrəşib. 



"Forbs”
jurnalı maraqlı sual qoyur: Bəlkə səbəb bütün bu fikirlərin və bəzi
başqa lazımsız şeylərin hələ uşaqlıqdan qızların beyninə
yeridilməsidir? 

Uşaqları nəyisə bacarmadıqlarına inandırmaq çox asandır. 



4-7
yaşlı şagirdləri araşdırmaya cəlb ediblər və nəticələr göstərib ki,
uşaqlar öz cinslərindən olanlar haqqında eşitdikləri fikirlərə asanlıqla
inanırlar. Və bu onların davranışlarına təsir edir. Məsələn, oğlana,
"riyaziyyatdan yaxşı qiymət almalısan, axı sən oğlansan”, deyəndə onu
ruhlandırmış oluruq. Qıza "qızlar riyaziyyatı zəif qavrayırlar”, desək
o, buna inanacaq və doğrudan da zəifləyəcək, aşağı qiymətlər alacaq. 



Amma qızlara öz güclərini göstərməyə imkan versək… 

Uşaq qadın və kişinin rolunu 3 yaşına çatmamış anlamağa başlayır. 



Uşaqlar
qadın və kişinin rolunu 30 aylıqlarından dərk etməyə başlayırlar və
onlarda formalaşan bütün sosial fikirlər (istər doğru, istər yanlış)
aşağı siniflərdən inkişaf edir. 

Doğrudur,
elə valideyn var ki, hansısa peşənin məhz qıza aid olduğunu, ya da
xoşbəxtliyin, özünütəsdiqin ailə qurmaq olduğunu qızına demir. Amma elə
situasiyalar olur ki, biz yanlış fikirləri qızlarımızın beyninə
yeridirik! Nəticədə qızlarımız triqonometriya kimi elmlərdən,
mühəndislik işindən, texnikadan uzaq durmağa çalışır, onlara təklif
olunan ilk aşağı səviyyəli maaşla razılaşır, 30 yaşları tamam olmamış
tükənirlər. 



Pedaqoq,
özünü dəyərləndirmə üzrə mütəxəssis, qızların hərtərəfli inkişafı,
təhsili və güclərini artırması naminə fəaliyyət göstərən "RealGirl”ün
yaradıcısı Ani Boq qız böyüdən valideynlərin 7 əsas səhvini müəyyən
edib. O hesab edir ki, səhvlərimizi bilsək, qızlarımızın qarşısını
almaz, bizim təsəvvür belə etmədiyimiz potensiallarına sahib olmağa
imkan verərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!