Uşaqlara smes vurdurmaq təhlükəlidir

Uşaqlara smes vurdurmaq təhlükəlidir
Bir Ana - Bir Bala
10.09.2017 17
Soyuq fəsillərdə
uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur. Bu xəstəliklərin
əsas və valideynləri daha çox narahat edən, qorxudan simptomu bədən
hərarətinin yüksəlməsidir. Bu durumda adətən analar tez həyəcanlanır və
nə etmək lazım olduğunu unudur. Bəs uşaqda temperatur yüksələrkən
həyəcanlanmadan ilk nə kimi yardım etmək lazımdır?

 

Mövzu ilə bağlı pediatr Günay Rəsulova deyir
ki, valideynlər körpənin həmişəki halından fərqli - halsız, kefsiz,
iştahasız olduğunu hiss etdiyi an ilk növbədə onun hərarətini
ölçməlidir. Uşağın əllərinin, ayaqlarının sərin olmasına aldanmaq olmaz:
"Çünki yüksək temperaturlarda əl-ayaq kapilyarları spazm etdiyi üçün
soyuq ola bilər. Əsasən uşağın büküşlərinə, qarnına, alnına baxın.
Temperatur ilk 3 ay körpələrdə 37,3-ü keçərsə, sadəcə paltarlarını
nazikləşdirin və dərhal həkimə aparın. İlk 3 ay körpələrdə temperaturu
mümkün olduğu qədər evdə salmağa çalışmayın. 3 ayından sonra 37,5-ə
qədər müdaxilə etməyin, sadəcə paltarlarını çıxarıb fiziki üsullarla
bədənini silin. 38-i keçərsə, qızdırmasalıcı verin. Uşaq olan hər bir
evdə qızdırmasalıcı - açılmamış sirop və şamlar, eləcə də elektron
termometrin (civəli termometr qətiyyən istifadə etməyin) olması
vacibdir. Ancaq dərmanın dozasını hər yaşa və kiloya uyğun həkim özü
təyin etməlidir, doza düz teyin edilmədiyində temperatur düşməyə bilər”.

 

Həkimin sözlərinə görə, yüksək qızdırmalarda uşaqlarda febril qıcolma
vəziyyəti yarana bilər. Bunun ilkin müalicəsi qızdırmasalıcı ilə
aparılır. Yalnız uzun müddət davam edən qıcolmada qıcolma əleyhinə
dərmanlar həkim tərəfindən verilə bilər: "Unutmayın, febril qıcolma
keçirmiş uşağa qıcolma əleyhinə dərmanlar verilməməlidir. Febril
qıcolmaların profilaktikası yalnız və yalnız temperaturu çox yüksəlməyə
qoymamaqdır”.

 

G. Rəsulova valideynlərə xəbərdarlıq da edib. O vurğulayıb ki,
körpələrə el arasında "smes” kimi tanınan litik qarışıq (analgin,
dimedrol, novokain) vurmaq qətiyyən olmaz: "Analginin tək dozada sümük
iliyində aplaziya verdiyi sübuta yetirilib. Bu, çox təhlükəlidir. Bundan
başqa qızdırmasalıcı kimi aspirin istifadə etməyin. Uşaqlarda virus
infeksiyaları zamanı aspirinin istifadəsi çox ağır reye sindromu deyilən
patoloji vəziyyətə gətirib çıxarır”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!