Uşaqlarınıza çoxlu balıq yedizdirin

Uşaqlarınıza çoxlu balıq yedizdirin
Bir Ana - Bir Bala
10.09.2017 8
Ov
qadağalarının sona çatmasıyla birlikdə dükan və bazarlarda bol olan
balığın körpəlikdən etibarən uşaqların inkişafı üçün çox əhəmiyyətli bir
qida qaynağı olduğu bildirilir. Balığın tərkibndə olan çoxlu miqdarda
zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş
qruplarına aid olan uşaqlar üçün çox əhəmiyyətlidir. Bundan başqa, balıq
xüsusilə zülal və Omeqa-3 yağları baxımından çox zəngindir. Bu da
uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. 



Yetkin
və azyaşlı uşaqların həftədə ən azı iki dəfə balıq yemələri məsləhət
görülür. Həzmi asan olduğu üçün 7-çi aydan etibarən körpələrə balıq
qaynadılaraq, ya da püre halında yedirilməlidir. Körpə çeynəməyə
alışdıqdan sonra bu cür qidaları masada yeyə bilər. Balıq çox nadir
olaraq allergiya verən qidadır. Bu səbəbdən təzə balığı uşaqlara
əminliklə yedirə bilərsiniz. 



Xüsusilə
körpəlikdə və uşaqlıq çağlarında həddən artıq yağlı qidalardan istifadə
edərək bəslənən, bol kalori alan kəslər irəliləyən yaşlarda ürək və
damar xəstəlikləri başda olmaqla bir çox xəstəliyə tutula bilər. Buna
görə də kiçik yaşdan etibarən bəslənmə vərdişlərimizə diqqət yetirməli,
sağlam qida olan balığı süfrəmizdən əskik etməməliyik. 



Uşaqların
bəslənmə çantasına həftədə iki dəfə buterbrod çörəyi içində balıq qoya
bilərsiniz. Balıq fosfor və mineral baxımından zəngin olduğu üçün
xüsusilə məktəb çağlarında sümük inkişafına yaxşı təsir edir. 



Hər
şeydən çox və səhv istifadə edilməsinin sağlamlığa mənfi təsiri olduğu
kimi, balıqdan da həddən artıq istifadə etməməyə diqqət yetirmək
lazımdır. Qərarında istifadə etmək əhəmiyyətlidir. Ayrıca, balığı yağda
qızartmaq əvəzinə buğlama, sobada qızartma şəklində bişirilməsi daha
məqsədəuyğundur ki, bu da uşaqların inkişafı üçün daha faydalı olduğunu
sübut edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!