Uşağa yeməyi necə sevdirək? - Yolları

Uşağa yeməyi necə sevdirək? - Yolları
Bir Ana - Bir Bala
10.09.2017 1
Uşaqlarda
iştahasızlıq ailələr tərəfindən ən çox dilə gətirilən şikayətdir.
Uşaqların yüzdə 25-40 faizində bu probem var. İştahasızlıq bəzən çox da
ciddi olmayan səbəblərdən qaynaqlanır, bəzən də sidik yolu iltihabı,
hepatit kimi ciddi xəstəliklərin xəbərçisi ola bilir. Buna görə
uşağınızın səhhətində iştahasızlıqla bərabər elə ciddi problem hiss
olunmursa, naraht olmağa dəyməz. Bəs iştahası olmayan uşağa yemək yeməyi
necə sevdirmək olar? 

Başını qatmayın 

İlk
6 ay sadəcə ana südü ilə bəsləyin. Əlavə qidalara keçmək üçün
tələsməyin. Hər gün eyni saatda eyni şeyi verin. Yemək yeyərkən
başlarının qarışmaması üçün diqqətli olun. 



Rol modeli olun 

Yemək
yeyərkən öz yemə tərzinizə diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi
diqqətlə izləyər. Əgər siz balqabaq, ya kələmi iyrənərək, ağızınızı
bürüşdürərək yesəniz, onda uşağınız da bunları yeyərkən eyni cür
davranacaq. 



Dağıtsa da, yerə töksə də, özü yesin 

9-cu
ayından etibarən uşağınızın özünün yeməsi üçün imkan yaradın. İlk başda
qaşığın içindəkini yerə töksə də, zamanla ağzına aparmağı bacaraq. Əgər
ona bu zövqü yaşatsanız, o zaman daha da iştahlı olacaq. 



Boğazında qalacaq qorxusunu ona yansıtmayın 

Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq. 



Əmziklə bəsləməyin 

Əmziyin
əziyyətsiz və rahat əmilməsi uşağın ana döşünü əmməsinə marağını
azaldır. Uşağa hər sıxıntı yaşadığında sakitləşməsi üçün tez ana döşü,
ya əmzik verilərsə, iştahsızlığa zəmin yaratmış olursuz. 



Mehriban - sərt nüfuz 

Enerjili
bir uşağı yeməyə vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu
görsə, mehriban-sərt bir davranış göstərsəniz, ciddiliyinizi duyaraq
sizə itaət etməli olacaq. 



Erkən yatızdırıb, erkən qaldırın 

Bir
uşaq üçün müntəzəm yuxu saatı və qidalamanın olması vacibdir. Gec
yatdığı üçün gec qalxan, gecə yaxşı yatmayan, gündüz yuxuları düzənli
olmayan bir uşağın qidalanmasının uyğun olması mümkün deyil.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!