Bir yaşlı uşağın yemək rejimi

Bir yaşlı uşağın yemək rejimi
Bir Ana - Bir Bala
10.09.2017 16
Bir
yaşa çatmış uşaq əvvəlkindən fəaldır, həzm sistemi inkişaf edib,
dişlərinin çoxu çıxıb. Deməli onun daha zəngin qidaya ehtiyacı var. 

Amma balacanın menyusu hələ də böyüklərinkindən fərqlidir. 



1 yaşlı uşağın qida rejimi 

1 yashli ushaq yeyerkenUşağın qida rejimi yaş yarımına qədər adətən eyni olur; o gündə 4-5 dəfə yeyir. 

Uşaq bir yaşdan yaş yarıma qədər gündə təxminən 1200 q, yəni hər dəfə 240-250 q qida qəbul etməlidir. Gündəlik qidalanmanın 

25%-i səhər yeməyinin 

35%-i günorta yeməyinin 

15%-i günortadan sonranın 

25%-i axşam yeməyinin payına düşür. 



Gün ərzində uşağın birinci və sonuncu yeməkləri meyvə, tərəvəz püresi, sıyıq, kəsmikdən hazırlanmış yemək olsa yaxşıdır. 

Günorta
yeməyinə ətlə hazırlanmış yeməklər–ət bulyonu (düyü, yaxud makaron,
tərəvəz-kələm, kök, kartof və s. əlavə etməklə), kiçik küftələr və ya
buğda bişirilmiş kotletlə kartof püresi, makaron, yaxud vermişel vermək
olar. 



Arada
salat versəniz, salatı sevdirə bilsəniz, uşağı zəngin vitaminlərlə
təmin etmiş olarsız. Sürtgəcdən keçirilmiş kök, xiyar, pomidor, kələm və
xırda-xırda doğranmış göyərtidən ibarət salat hazırlamaq olar.
Göyərtilərdən şüyüd, cəfəri, soğan (xəstəliklərdən müdafiə edir)
xeyirlidir. 

Uşağın
iştahla yeməyini istəyirsinizsə, ona gündə bir neçə növ yemək təklif
edin. Məsələn, səhər kəsmik, yaxud yumurta, sıyıq, günorta ət, xəmir
xörəyi, şorba, günortadan sonra yoqurt, ya da meyvə püresi, axşam şorba,
tərəvəz püresi, ya da sıyıq vermək olar. 



1 yaşlı uşağın ehtiyacı olan qida məhsulları 

ushaq
sud icherken1 yaşlı uşaq mütləq heyvani zülalla təmin olunmalıdır, ona
süd, süd məhsulları, mal, toyuq əti, yumurta verin. 

Süd
məhsulları uşağın inkişafında mühüm rol oynayır. 1 yaşlı uşağa gündə
700 ml-ə qədər süd məhsulu verə bilərsiniz (bura müxtəlif yeməkləri
hazırlayarkən istifadə olunan süd məhsulları daxildir). 



Kəsmik uşağa mütləq verilməlidir. Onu müxtəlif hallarda-meyvə qatmaqla, pudinq hazırlamaqla yedirtmək olar. 

Pendiri sürtgəcdən keçirib yedirdin. Onu uşağa ya çörəyin arasında, ya da makaronun üzərinə əlavə etməklə vermək olar. 

Südün özünü uşaqlar səhər, eləcə də gecə yatmazdan əvvəl içə bilərlər. 

Unutmayın
ki, uşağın səhhətindən çox şey asılıdır. Uşaqda, məsələn, stafilokok
kimi bakteriya çoxdursa, həkimlər ona müəyyən müddət süd içməyə icazə
vermirlər. 

Yumurta—uşağa
yalnız toyuq yumurtası vermək olar. Yumurta qaynadılmalı, ya tək, ya da
yeməyə əlavə olunaraq, həm də səhər yedirdilməlidir. (Qızdırmalı uşağa
yumurta vermək olmaz) 



Yumurtanı
qayğanaq halında uşağa yaş yarımından sonra vermək olar. Qayğanağa
başqa şeylər də, məsələn, yaşıl noxud, kök, gül kələmi qatmaqla daha
dadlı edə bilərsiz. 

1
yashli ushaq yeyirƏt—uşağın gündəlik ət norması 85 q-dır. Uşağa mal,
toyuq, balıq əti verə bilərsiniz. Əti maşından bir neçə dəfə keçirsəniz,
həzmini asanlaşdırarsınız. 

Ət yeməklərini uşağa günün birinci yarısında vermək məsləhətdir. Ət gec həzm olunur, axşam yedirdiləndə uşağı narahat edir. 

Ciyər uşaq üçün çox xeyirlidir. Onu paştet halında vermək lazımdır. 



Həftədə
bir-iki dəfə uşağa balıq əti verin (sümükləri diqqətlə təmizləyin).
Balığı suda qaynatmaq, balıq ətindən kotlet, küftə hazırlamaq olar. 

Yağ—Azərbaycanda
uşağa əsasən kərə yağı verilir (gündəlik norma 17 q-dır). Ancaq
kitablarda bir yaşına çatmamış uşağa bitki yağı vermək məsləhət görülür.
1 yaşlı uşağa gündə 6 q bitki yağı verilə bilər (bitki yağı salatlara,
tərəvəz püresinə əlavə edilir). 



Tərəvəz—uşağa
hər dəfə yeni tərəvəz püresi hazırlaya bilərsiniz. Çuğundur, kələm (gül
kələmi, adi kələm, yaşıl kələm), balqabaq, yaşıl noxuddan istifadə
etmək olar. 

Kartof püresini uşağa çox verməyin, o gec həzm olunur (kartofun sutkalıq norması 150 q-dır) 

meyvelerMeyvə—1
yaş, yaş yarımlıq uşaq gündə 100-200 q təzə meyvə yeməlidir. Meyvəni də
tərəvəz kimi sürtkəcin iri gözündən keçirin, ya da çəngəllə əzin. Meyvə
və ya tərəvəz şirəsini yeməkdən sonra verin (gündə 100-150 ml). Həddən
artıq şirə uşağın iştahasını poza bilər. 



Sıyıq—uşaq
üçün ən ideal yeməklərdəndir. İndi onu daha qatı şəkildə verə
bilərsiniz. Yenə də müxtəlif məhsullardan–düyü, qarabaşaq, mannı və s.
istifadə edin. 

Sıyığı
uşağa gündə bir dəfədən artıq vermək lazım deyil. Sıyıq üçün istifadə
olunan dənli bitkilərin tərkibində kalsiumun mənimsənilməsinə mane olan
fitin turşusu var. Mütəxəssislərin fikrincə həddən artıq sıyıq
balacalarda sümüklərin normal inkişafına mane olar. 



Xəmir
xörəkləri—Uşağa yenə vermişel, makaron verə bilərsiniz (həftədə bir-iki
dəfə). Ancaq hələ də xırda, nazik makaronlardan istifadə edin. Onları
suda, süddə bişirmək, üstünə pendir, yağ tökmək olar. 



Peçenye—balanızın
tanıdığı ilk bərk yemək ola bilər. Müxtəlif formalı peçenyelər uşaqları
xüsusilə cəlb edir. İndi satışda xüsusi reseptlər əsasında məhz uşaqlar
üçün hazırlanmış peçenyelər çoxdur. Bununla belə bəzi valideynlər uşağa
evdə bişmiş peçenye verməyi üstün tuturlar. 



Bal—balı
uşağa ehtiyatla verin. Bir yaşa qədər uşağa bal vermək olmaz (yalnız
həkimin məsləhəti ilə verə bilərsiniz). Balı əvvəl az-az, suya qatmaqla
vermək lazımdır. Bal uşaqlarda kəskin reaksiyaya səbəb ola bilər. 



Maye—uşağa
çox maye verməyə ehtiyac yoxdur. Ona özü istəyəndə, yeməkarası,
yeməkdən sonra şirə, su verə bilərsiniz. Bu yaşda uşaqlara qaynadılmış
su məsləhətdir. Satışda uşaqlar üçün hazır su satılır. Uşaqlar üçün
istehsal olunan çaylardan da istifadə etmək olar. 

Diqqət!
3 yaşına çatmamış uşağa badam, yerfındığı, tum, popkorn, doğranmamış
kök, doğranmamış sosiska vermək olmaz! Bunlar uşağın boğulmasına səbəb
olar bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!