Ana südü ilə qidalanan narahat (ağlayan, vurnuxan) körpənin sakitləşdirilməsi

Ana südü ilə qidalanan narahat (ağlayan, vurnuxan) körpənin sakitləşdirilməsi
Bir Ana - Bir Bala
10.09.2017 25
Körpənin
ağlamağı ilk növbədə onun ac olduğunu göstərir və onu sakitləşdirməyin
ən birinci yolu təbii ki əmizdirməkdir. Amma heç bir səbəb olmadan
körpənin uzun müddət ağlamağı yeni valideynləri təngə gətirə bilər. Biz
sizə körpənizi sakitləşdirməyin bir neçə üsulunu təqdim edirik. Məsləhət
görülür ki, bunlardan bir neçəsini sınaqdan keçirəsiniz, çünki bu və ya
digər üsul bu gün işə yaraya bilər, sabah isə yox. Rahat olun və
yadınızdan çıxarmayın ki, bu da gəlib keçəcək.

 

Əlamətlər:

Körpənizin

Gün ərzində dəfələrlə dayanmadan ağlaması;

Əllərini yumruq şəklində bərk bükməsi;

Ayaqlarını qarnına tərəf yığması;

Qazını çıxarması;

Üz-gözünü bürüşdürməsi.

Bunun səbəbləri (birdən çox ola bilər)

Tam inkişaf etməmiş mədə-bağırsaq sistemi;

Həssas sinir sistemi;

Həddən artıq qaz/köp və ya körpənin normadan çox yedizdirilməsi;

Süni qidanın uyğunsuzluğu;

Körpənin əmizdirən ananın yediyi hər hansı bir ərzağa əks reaksiyası;

Körpənin həddən artıq oyanıq və nəticədə yorğun olması.



Nə edə bilərsiniz?

Körpənizi öz bədəninizə sıxın;

Körpənizi hər hansı formada hərəkətdə saxlayın:

♦Qucağınızda gəzdirin;


♦Körpə yelləncəyində yellədin;


♦Özü yırğalanan oturacaqda yırğalayın;


♦Ayaq üstə o yan bu yana yırğalayın;

♦Maşında və ya uşaq arabasında gəzdirin;


♦Körpəni slinqdə gəzdirin.

Köp damcıları verin (yalnız pediatrın məsləhəti əsasında);

Monoton səslərlə (axar su, tozsoran, paltar yuyan/qurudan, fen) körpənizi sakitləşdirin;

Gündə bir neçə dəfə körpənizi özünüzə (bədəninizə) sıxın;

Körpənizi yüngül bələyin;

Körpənizi soyundurun və qoyun rahat hərəkət etsin;

Çoxlu hərəkət, yüksək səs və parlaq işıqla körpəni həddən çox yormaqdan çəkinin;

Müxtəlif səslər, yerlər və əşyalarla körpənin fikrini yayındırın;

Körpənin qarnına ehmalca sıxın:

♦Körpənizi "kolik vəziyyətində” saxlayın (üzü üstə, qolunuz və ya biləyinizlə dəstək verərək körpənizin qarnını sıxın);
♦Körpənizi çiyniniz və ya diziniz üstə saxlayın.

Körpənizin ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirin;

Hər hansı bir ərzağın körpənizi narahat edib-etmədiyini müəyyən etmək üçün yediyiniz yeməkləri qeyd edin (4-6 saat çəkə bilər);

Əmizdirmə
məsləhətçisi ilə danışın. O sizə "ön” və "arxa” süd balansını qorumaq
üçün hər əmizdirmədə yalnız bir döşü verməyi və ya başqa üsulları təklif
edə bilər;

Siz bir az ara verin, istirahət edin, qoyun başqa birisi sizə kömək etsin. Körpəniz sizin gərginliyinizi hiss edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!