Uşaqları incitməyək

Uşaqları incitməyək
Bir Ana - Bir Bala
10.09.2017 12
1.
Uşaqlardan hələ hazır olmadıqları şeyləri etmələrini gözləyirik.Bir
körpənin səssiz olmasını,2 yaşındakı bir uşaqdan səssizcə oturmasını, 3
yaşındakı bir uşaqdan isə otağını təmizləməsini istəyirik. Bu tələblərin
heç birində həqiqi deyilik. Bununla birlikdə bir çox valideynlər, kiçik
uşaqlarından daha böyük uşaqların belə etməkdə zorlana biləcəkləri
şeyləri tələb edirlər. Qısacası, övladlarımızdan yaşlarına uyğun
davranmağa son vermələrini istəyirik. 



2.
Ehtiyaclarımızı qarşılamaqda müvəffəqiyyətsiz olanda uşağa
əsəbləşirik.Bir uşaq yalnız edə bildiklərini edər. Əgər istədiyimiz bir
şeyi edə bilmirsə ona hirslənmək yalnız işləri daha da pisləşdirər. 2
yaşındakı bir uşaq yalnız 2 yaşlı uşaq kimi davranar, 5 yaşındakı bir
uşaq 5yaşında kimi davranar. Daha çoxunu tələb etmənin kimsəyə bir
faydası olmaz. Bir uşağın edə biləcəklərinin bir limiti var və əgər biz
bu limitləri qəbul etməzsək bu hər iki tərəfə yalnız mənfi təsir edər. 



3. Uşaqların "uşaq” olmasına icazə vermirik 

Özümüz
uşaq olmanın necə bir şey olduğunu unudub uşaqdan da bir yetkin kimi
davranmasını gözləyirik. Sağlam bir uşaq ələ ovuca gəlməz, nadincdir,
hisslərini ifadə edir və diqqət müddəti qısadır. Bütün bu "problemlər”
əslində problem deyil, normal bir uşaqda olması lazım olan
xüsusiyyətlərdir. 



4. Səhv fikirlərə qapılırıq 

Uşağın
səssizlik, bölünməyən bir yuxu, istəklərimizə boyun əyməsi kimi
ehtiyaclarımızı qarşılamasını ümid edir və bunu tələb edirik.
Valideynlər olaraq uşağın ehtiyaclarını təmin etməyi qəbul etmək yerinə,
uşağın bizim ehtiyaclarımızla maraqlanmasını gözləyirik. Öz
qarşılanmamış ehtiyaclarımızı o qədər fikirləşirik ki qarşımızdakının
bir uşaq olduğunu və öz ehtiyacları olduğunu unuduruq. 



5. Uşaq səhv edəndə onu tənqid edir və suçluyuruq 

Uşaqların
həyat təcrübələri çox azdır və qaçınılmaz olaraq səhv edə bilərlər.
Səhv etmək, hər yaşda öyrənmənin təbii bir parçasıdır. Bunu anlamaq və
uşağa kömək etmək yerinə, hər şeyi ilk səfərdə qüsursuz olaraq öyrənə
bilirmiş kimi onu suçluyuruq. Uşaqlıqda səhv etmək qaçılmazdır. 



6. Tənqid və ittihamın uşağı nə qədər dərindən incidə biləcəyini unuduruq 

Bir
çox ailə artıq bir uşağa fiziki acı vermənin səhv və zərərli olduğunu
anlayır, amma hələ də acı sözlərin, təhqirlərin və ittihamların uşağa nə
qədər acı verdiyini və uşağın bu rəftar qarşısında bunun özünün günahı
olduğunu düşündüyünü unuduruq. 



7. Sevginin necə qabaqlayıcı bir güc olduğunu unuduruq 

Uşağa ehtiyacı olan sevgini, etibarı, təhlükəsizliyi, inamı təmin etmək yerinə günahlandırma və səhv davranışlar edirik. 



8. Bizim davranışlarımızın uşaqlarımız üçün ən güclü təhsil qaynağı olduğunu unuduruq 

Uşaqların
bizim dediklərimizdən çox davranışlarımızdan öyrəndikləri doğrudur.Bu
tip problemlər, uşaqlarımıza bəzi dəyərləri öyrədə bilməmiz üçün yaxşı
imkanlardır çünki uşaqlar həqiqətləri, real həyatda çox yaxşı
öyrənirlər. 



Uşağımız
üçün hər zaman ən yaxşını düşünsək, uşaq, ən yaxşını edə bilmək üçün
azad olacaq. Uşağa yalnız sevgi versək, bizim gördüyümüz də yalnız sevgi
olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!