Uşağın çəkisi niyə artmır?

Uşağın çəkisi niyə artmır?
Bir Ana - Bir Bala
10.09.2017 21
Uşağın
çəkisinin defisiti "hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda
onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur,
uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.Hipotrofiyanın ağır
formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli
hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur.
2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və,
adətən, xəstəxana şəraitində müalicə olunur.Çəki artımının pis
olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat,
balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın
südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan
miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o
çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də
(2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda
uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı)
verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi – əlavə
qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal
müddəti – uşağın 5 aylığındandır).İkinci qrup səbəblər – qidanın
mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma
düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan
problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və
s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az
olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər
hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və
qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda
yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.Üçüncü qrup
səbəblər: maddələr mübadiləsinin pozulması.Əgər çəki artımının az olması
ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi
hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda
həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək
lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!