Körpə nə vaxt görməyə başlayır

Körpə nə vaxt görməyə başlayır
Bir Ana - Bir Bala
10.09.2017 10
Doğulduğu
anda körpənizin gözləri, yetkin dövründəki böyüklüyünün təxminən dörddə
üçü qədərdir. Gözün ağ qisimi (gözakı; sklera) göy rəngə çalan bir
tonda olarkən rəngli qisimi (iris) mavi rəngdən tünd rəngə qədər dəyişə
bilir. Yeni doğulmuşların göz bəbəkləri kiçikdir və işığa reaksiya
olaraq dərhal büzülmməyə bilər. 

Körpəniz
gözlərini çox vaxt bağlı saxlayır. Bu, körpənin görə bilmədiyi mənasını
verməz. Əslində körpələr bulanıq da olsa doğumdan dərhal sonra görməyə
başlayırlar. Yeni doğulan körpəniz baxışlarını üzünün qarşısında tutulan
obyektlərə mərkəzləşdirməyə çalışacaq. İşıq 20 ilə 30 sm. dən daha
uzaqda isə görünüş bulanıq olar və körpənin gözləri, hər biri başqa bir
istiqamətdə olmaq üzrə, ətrafını araşdırır.Vaxtında doğulmuş bir
körpənin, gördüyü obyektlər ana üzü kimi canlı ola bildiyi kimi bir işıq
qaynağı ya da qırmızı rəngdə bir əşya kimi cansız da ola bilər.
Körpənin bunları gördüyünü, baxışının get-gedə daha diqqətlə bir nöqtəyə
zillədiyini anlaya bilərsiniz. 

Əgər
obyekt yavaş-yavaş bir tərəfdən digərinə hərəkət etdirildə, obyektə
gözlərini dikib, qısa və ani göz hərəkətləriylə obyekti izləyə bilər.
Körpə ayrıca işığın şiddətinə də həssasdır. Parlaq bir işıq qarşısında
gözlərini qırpır, möhkəmcə yumar və ya bağlayar. Doğulan gündən etibarən
formaları, naxışları və xəttləri ayırd edə bilir. Naxışlı səthləri mat
ya da parlaq tək rənglıri seçir. Zolaqlı və bucaqlı obyektlərə daha uzun
müddət baxar. Əmizdirmə əsnasında ananın gözləriylə körpənin gözləri
arasındakı uzaqlıq, körpənin bir obyekti ən yaxşı tuta bildiyi
uzaqlıqdır. Bu göz gözə əlaqə uşaqla ana arasındakı ilk ünsiyyət
yoludur. 

Yeni
doğulan körpə rənglərdən çox şəkillərə maraq duyur. Həyatının ilk
dövründə olan bir körpə üçün ən əhəmiyyətli obyekt insan üzüdür,
ümumiyyətlə də anasının üzü. 

Körpənizin
ilk göz müayinəsi xəstəxanada aparılır. Bu müayinədə həkim körpənin
gözlərini yaxından araşdırır və işığa göstərdiyi reaksiyanı izləyir. Çox
körpələrdə yüngül hipermetropiya olmaqla birlikdə bəzi körpələr,
xüsusilə də yarımçıq doğulanlar miop olaraq doğulurlar (yəni uzaqdakı
obyektləri görə bilmirlər). Normal körpə böyüdükcə gözləri dəyişilir və
həm yaxındakı, həm də uzaqdakı obyektləri daha diqqətli görür. 

Bəzi
körpələr qismən və ya tam korluqla doğulurlar. Bunun məşhur səbəbləri
arasında inkişaf pozuqluqları, infeksiya, doğuş travması, oksigen
çatmazlığı (hypoxia) və gözün özünü ya da beynin görmə mərkəzinə gedən
sinirləri təsir edən genetik xəstəliklər sayıla bilər. 

Əgər
körpənin xəstəxanada keçirdiyi ilk günləri əsnada bir problem olmursa
ana və ata körpələrinin görməsində bir problem olduğunu necə bilə bilər?
Bunun ilk ipuclarından biri Nistagm olaraq adlandırılan gözlərin
müxtəlif istiqamətlərdə titrəməsidir. Körpənin gözləri birdən yuxarı
aşağı, sağa sola ya da dairəvi olaraq hərəkət etməyə başlaya bilər.
Geniş rast gəlinən digər bir işarə də körpənin, hər iki gözünü bir
obyekt üzərində düzgün fiksə etməməsidir. Bir göz bir obyekt üzərinə
sabitlənər, digəri isə axtarar. Körpə gözlərini qıyaraq baxa bilər və ya
gözləri çəp ola bilər.Çoxunun dediyinin əksinə uşaqlardakı çəpgözlük
böyüdükcə özbaşına itməz. Gözləri çəp vəziyyətdəki körpələrin bir
oftalmolog (göz həkimi) tərəfindən müayinə edilməsi şərtdir. 

Doğumdan
sonra: Körpənin görüş məsafəsi məhdud olduğundan, valideynlərin üzü
özünə 50cm’dən yaxındırsa gözləri valideynlərin üzünə yönəlmişdir. 

1 aylıq: Körpə xüsusilə də ana və atasının üzlərinə baxmağı çox xoşlayır 

2
aylıq: Gözlərini nəyəsə ziləyir; obyektlərin kənar və guşələrindən görə
bilər. Bir obyekti gözünün bir ucundan digərinə qədər təqib edə bilər. 

3
aylıq: hərəkət etməkdə olan bir insanı gözləriylə təqib edə bilər.
Üzləri araşdırmaq çox xoşuna gedər; saç və üz arasındakı rəng onun
marağını çəkər. 

4 aylıq: Biri ya da bir şeyin tanış olduğunu bilir; əllərinə baxar. Baxışlarını fərqli uzaqlıqlara zilləyə bilər 



5 aylıq: Düşən bir obyekti gözləri ilə axtarar. 

6
aylıq: Göz və əl uyğunlaşması yaxşıdır; aynadakı görünüşünü əlləməyə
çalışır; bir obyektin fərqi bucaqlardan eyni olduğunu qavrayar, yerə
saldığı bir obyekti axtarmağa başlayır. 

7 aylıq: Kiçik cisimlərə fokuslanar. Aynadaki görünüşünə əlləriylə vurar. 

8 aylıq: Birinin işarə etdiyi yerə baxar və onu təqib edər 

11 aylıq: Tez tez obyektlərə fokuslanar 

12 aylıq: Ananın gördüyü qədər yaxşı görə bilər; bir obyekti son gördüyü yerdə axtarar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!