Uşaqların inkişafını ləngidən 8 əşya

Uşaqların inkişafını ləngidən 8 əşya
Bir Ana - Bir Bala
10.09.2017 42
Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir
dövrdə bilməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də
fəal şəkildə istifadə etməkdədirlər.



Vib.az bildirir ki, ailə və uşaq psixoloqu Olqa Kramareviç
maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada
asanlaşdıran, lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən
əşyaların qısa siyahısını hazırlayıb.



1. 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara
təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən
narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm
gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər yarana bilər. Üstəlik
daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün
motivasiyasını itirir. Daim ağızda olan əmzik, şübhəsiz ki, danışıq
qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.



2. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə
başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar
müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından,
onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın
tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə
olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən
istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün
ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər
səbrli olmaları gərəkdir.



3. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək
etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə
bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə
hissiyyatının inkişafını əngəlləyir.



4. "Xodunok". Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə
əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane
olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez
ətraf mühitinə uyğunlaşacaqdır.



5. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və
suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə
məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar
etməyinə səbəb olacaqdır.



6. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə
sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə, o halda müəyyən
müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər
unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı
ilə bağlıdır!



7. İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər
məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və
başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor
bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin
yaranmasına səbəb olur.



8. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti
qoyulmadan elektron oyunlarla oynayırsa, onda müəyyən asılılıqlar yarana
bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər
müşahidə edilə bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!