Uşaqlarınıza qarşı sərt olmayın

Uşaqlarınıza qarşı sərt olmayın
Bir Ana - Bir Bala
10.09.2017 11
Yəqin ki, çoxlarınız: "Bu uşaq mənim sözümə niyə qulaq asmır?” və ya: "Bu uşaq mənim dediklərimi niyə eşitmir?”-deyə
fikirləşmisiniz. Ancaq unutmamalıyıq ki, bəzən uşaqlarımızın
dediklərimi eşitməməsi normal bir haldır və burada uşağın heç bir pis
niyyəti yoxdur.



Əgər
valideyn və uşaq arasında normal ünsiyyət varsa və ailə daxilində
gərginlik yoxdursa, yuxarıda qeyd etdiyim hallardan söhbət gedə bilməz.
Ancaq bütün bunlara baxmayaraq, uşağınız sözümüzə qulaq asmırsa, bu onun
bizim nə demək istədiyimizi başa düşməsindən irəli gələ bilər.



Xüsuilə
də, əgər uşağınız yaşı azdırsa, ondan nə istədiyinizi aydın bir dillə
izah etməli, mümkün qədər sadə cümlələrdən istifadə etməlisiniz. 



Tutaq
ki, uşağınıza otağını yığışdırmağı tapşırmısınız. Uşağınız otağını
yığışdırdıqdan sonra otağa baxırsınız. Yatağının və oturacağının
altındakı oyuncaqlar olduğu kimi orda qalıb. Hətta bəzi oyuncaqların
otağın bir küncündə yığıldığını, bəzilərinin isə yatağın üstündə
atıldığını müşahidə edirsiniz. Və uşağınız gülümsəyərək sizdən "otağım necədir?”-deyə soruşur. Bu vəziyyətdə siz uşağınızdan "otağını yığışdırdınmı?”-deyə
soruşsanız, yəqin ki, o sizə "hə” cavab verəcək. Üstəlik sizdən xoş
sözlər gözləyəcək. Əslində uşağınız doğurdan da, otağını yığışdırmış
sadəcə olaraq, oyuncaqları lazım olduğu yerə qoymamışdır. Bu da uşağın
ilk növbədə sizin ondan nə istədiyinizi başa düşməməsindən irəli gəlir.
Əgər siz ona oyuncaqları oyuncaq səbətinə yığmağı tapşırsaydınız, başqa
sölə, hər şeyi onun başa düşəcəyi bir şəkildə izah etsəydiniz, yəqin ki,
o işini siz istədiyiniz kimi görərdi.



Bəzən
uşaqlar nə demək istədiyimizi yaxşı başa düşürlər. Ancaq danışıq
tərzimizdən və ya səs tonumuzdan "narahat olduqları” üçün dediklərimizi
eşitmək istəmirlər. Halbuki biz onlara qarşı nə qədər sərt olsaq, onlar
da bizə qarşı o qədrə sərt olarlar. Buna görə də uşaqlara qarşı daha
diqqətli olmaq və daha yumşaq səs tonu ilə danışmaq onlarla daha raha
hərəkət etməyə imkan verər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!