Ana südü ilə qidalandırmanın faydaları

Ana südü ilə qidalandırmanın  faydaları
Bir Ana - Bir Bala
10.09.2017 9
Ana və körpə üçün ana südü ilə qidalandırmanın bir sıra faydaları var ki, onları şüşə ilə yedirtmədə əldə etmək çətindir. Ana südünün qida faydaları körpənizə verə biləcəyiniz hər hansı digər qidadan çoxdur və körpənizin ondan əldə etdiyi immun dəstəyi körpəni sağlam və xoşbəxt etmək üçün vacibdir.

Ana südünün tərkibi

Ana südü ilə qidalandırmaq ilk gündən tam qidalanma təmin edir. Körpənin asanlıqla uda biləcəyi yolla bütün mühüm dəmir, kalsium və fosfor təmin etməkdən əlavə,... onun tərkidində həmçinin çox miqdarda sağlam yağlar mövcuddur. Körpəniz anadan olduğu andan sonrakı sürətli inkişaf dövrlərinədək ana südünün təmin etdiyi və beyin, göz və sinir sisteminin inkişafı üçün əhəmiyyətli LCPlər (uzun zəncirli doymamış yağlar) tələb edir.

Ana südü ilə qidalandırmağın sağlamlığa faydaları

Ana südü körpənin immun sistemini möhkəmləndirir. Bu, körpənizi xəstəliklərdən qorumaq üçün qoruyucu amillər, o cümlədən anticisimlər və prebiotik oliqosaxaridlər ehtiva edir. Ana südü həm də uşaqlıq dövründə astmanın yaranmasına imkan vermir. Ana südündə mövcud olan prebiotik oliqosaxaridlər həzm sistemində faydalı bakteriyaların yaranmasına imkan yaradan xüsusi qida maddələridir. Bu faydalı bakteriyalar normal miqdarda olduqda, zərərliləri məhv edir və körpənin daxildən təbii müdafiəsini dəstəkləyir. Onlar həmçinin sağlam həzmə kömək edərək, körpənin nəcisini yumşaldır.

Ana südü ilə qidalandırmaq yaxınlaşmağa kömək edir

Ana südü ilə qidalandırarkən körpəni qucağa almaq fiziki aktı dəri ilə təbii təması, eləcə də danışıq, göz təması və yelləmə kimi yaxınlaşmaları artırır. Bu yaxınlıq körpəyə rahatlıq və istilik təmin edir və görmə, qoxu, eşitmə və dadbilmə qabiliyyətlərini stimullaşdırır.

Ana südü ilə qidalandırmağın analara gətirdiyi üstünlüklər

Əmizdirmə emosiyalarınıza müsbət təsiri olan oksitosin adlı hormonun ifrazını stimullaşdırır, bu, körpənizi qidalandırarkən rahatlaşmanıza imkan verir.

Əmizdirməklə həmçinin hamiləlik zamanı toplanan yağları da təbii, sağlam yolla əritmiş olacaqsınız. Araşdırma göstərmişdir ki, əmizdirən analar hamiləlikdən öncəki çəkilərinə asanlıqla qayıdır və həmin çəkini saxlayır.

Stress səviyyəsini azaltmaqla yanaşı, əmizdirmək metabolizmanı yaxşılaşdırır və osteoporoz, döş xərçəngi və yumurtalıq xərçəngi riskini azaldır. Bu həmçinin menstrual tsiklin qayıtmasını gecikdirəcək, beləcə dəmir ehtiyatı çox azalmayacaq və əmizdirərkən hamiləqalma riski azalacaq (lakin bu, kontrasepsiya üçün effektiv üsul hesab edilmir).

 

Dr. Sevinc Qehremanova  
Əlaqə nömrəsi: 0556495599скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!