Uşağın boyu niyə uzanmır?

Uşağın boyu niyə uzanmır?
Bir Ana - Bir Bala
10.09.2017 8
Valideynlərin əksər hissəsi uşaqlarının ucaboy olmasını istəyir. 



Lakin bu hər zaman mümkün olmur. Uşağın boy atması nədən asılıdır? 



1. Uşağın boyu əsasən genlərdən asılıdır. Boyu kiçik olan valideynlərin uşaqları da əksər hallarda hündür olmur. 



2.
İnsan orqanizmində xüsusi \"somatotropin\" hormonu var ki, bu hormon
sümük toxumasının əmələ gəlməsini stimullaşdırır və nəticədə uşaqda boy
atma prosesinə təsir edir. Bundan əlavə bu hormon əzələ toxumasının
artmasına təsir edir. Bəzən uşqların orqanizmində bu hormon çatışmır və
nəticədə uşağın boyu normal uzanmır. Bu səbəbdən uşaqda boy atma
ləngiyirsə, onu mütləq endokrinoloq müayinə etməlidir. 



3.
Düzgün tamdəyərli qidalanma uşağın boy atmasına təsir edir. Elmi
cəhətdən sübut olunub ki, uşaq orqanizmində boy atması hormonunun
ifrazını zülallı qidalar stimullaşdırır, qlükoza isə əksinə ləngidir. Bu
səbəbdən uşağın rasionunda kəsmik, ət, yumurta kimi məhsulların
miqdarını artırmaq, şirniyyatların miqdarını isə azaltmaq lazımdır. 

Boy
atma prosesinə həmçinin A vitamini (kök, balıq, qara ciyər, göyərti), B
vitamini (kərə yağı, süd, yumurta, qoz), kalsium (süd məhsulları),
fosfor (balıq) təsir edir. 



4.
Coqrafi mühit, iqlim də uşağların boy atma prosesinə təsir edir. Şimal
ölkələrində yaşayan insanlar, cənub ölkələrində yaşayan insanlarla
müqayisədə daha ucaboy olur. Alimlər sübut edib ki, gün şüaları insanda
boy atma prosesini sürətləndirir. Lakin gün şüaların \"artıqlığı\"
əksinə bu prosesi ləngidir. 



5.
Həkimlər uşağın boyunu onun sağlamlığının \"indikatoru\" kimi
qiymətləndirirlər. Sağlam uşaq daha tez uzanır, hər hansı xəstəliyi
(xüsusilə ciddi xroniki xəstəliyi) olan uşaq isə əksinə daha gec uzanır.
Boy atma prosesi bir çox xəstəliklər zamanı ləngiyir. Anemiya,
bağırsaqda sorulma proseslərin pozulmaları, tez-tez təkrarlanan
nəfəsalma sistemi xəstəlikləri, ürək qüsurları, böyrək və qara ciyər
funksiyalarının pozulmaları uşaqda boy atma prosesini müvəqqəti olaraq
ləngidə bilər. Uşaq sağaldıqdan sonra isə uşaq daha tez uzanmağa
başlayır. 



6.
Uşağın psixoloji durumu da boy atma prosesinə təsir edir. Uzunmüddətli
stress zamanı boy atma hormonun ifrazı azalır və uşaqlar uzanmır. Bu
səbəbdən ailədə uşaq üçün müsbət psixoloji şərait yaratmaq çox
vacibdir. 



Nəzərinizə
çatdıraq ki, oğlanlarda boy atma prosesi təxminən 19-21 yaşlar arası,
qızlarda isə daha tez 17-19 yaşlar arası bitir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!