Uşaqlar üçün qida rasionunda - qara siyahı

Uşaqlar üçün qida rasionunda - qara siyahı
Bir Ana - Bir Bala
10.09.2017 9
Amerikalı mütəxəssislər uşaqlar üçün zərərli olan qidaların yeni siyahısını açıqlayıb.

Qadınlar.Biz-in
məlumatına görə, siyahıda olan yeməkləri uşaqlara verməyi alimlər
məqbul saymır. "Qara siyahı” əsasən hazır qidalardan ibarətdir. Onların
hamısı artıq çəki yaradır. Alimlər bundan əvvəl də zərərli qidalarla
bağlı siyahı hazırlamışdı, orada zərərli ərzaqlar arasında ilk yeri
çipsilər və qazlı sular tuturdu.

Yeni
siyahıda çeşidlərin sayı artırılıb və bura kartof-fri, qızardılmış
balıq, istənilən növ şirniyyatlar, habelə dəfələrlə istifadə olunan yağ
daxil edilib. Un məmulatları da çəki artıran məhsul hesab olunub. Çipsi
və qazlı sular yenə də siyahıda saxlanılıb. Alimlər bildiriblər ki,
siyahıya daxil edilən məhsulların uşaq orqanizmi üçün heç bir faydası
yoxdur. Bu qidalar yalnız əlavə çəki yığmağa yarayır. 

Müxtəlif
növ süd kokteyllərindən də imtina etmək gərəkdir, onlar da zərərli
qidalar siyahısındadır. Faydalı ərzaqlara gəlincə, mütəxəssislər
uşaqları sıyıqlar, qədərincə çörək, tərəvəz, meyvə, göy-göyərti və
göbələk yedizdirməyi məsləhət görür. Ət məhsullarından yalnız toyuq
ətini rasiona daxil etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!