Uşaq oyuncağın parçasını udarsa, nə etməli?

Uşaq oyuncağın parçasını udarsa, nə etməli?
Bir Ana - Bir Bala
10.09.2017 40
Uşaq və körpə ölümlərinin ən böyük səbəblərindən
biri də evdə baş verən qəzalardır. Bəs bu qəzalar zamanı ilkin yardım olaraq nə etmək olar?



Oyuncaq xəbərdarlığı

Uşaqların oyuncaqları arasında kiçik parçalar, uzun ip, boyunbağı və
təkər kimi boğulmasına səbəb ola biləcək əşyalar olmamalıdır. Körpələrə
gözmuncuğu kimi nəsnələr taxılmamalıdır.



Hündürlükdən yıxılarsa

4 aylıq və daha böyük körpələri qarşısında qoruyucu bir şey olmadan
yataq, ya divanda tək buraxmaq olmaz. Yıxıldığı məsafə 50 sm-dən yüksək
və sərtdirsə, körpənin həkim yoxlanışından keçməsi lazımdır. 50 sm-dən
daha az məsafədən yıxılaraq yumşaq səthə düşən körpələrdə qusma və huş
problemi yaranarsa, mütləq həkimə müraciət edin.  



Nəsə udarsa

Fındıq, qoz, badam, çəyirdək kimi çeynənməsi çətin olan quru çərəzlər 3
yaşdan kiçik uşaqlara əzilərək verilməlidir. Əks halda ani ölümlər
yaşana bilər. Boğazına bir şey gedərsə, üzü yerə baxacaq şəkildə başı
aşağı sallayıb ayaqlarından tutun və sinəsinə möhkəm basın. Burnuna bir
şey giribsə, əl vurmadan həkimə aparın.



Elektrik vurmasına qarşı

"Rozetkalar" qoruyucu qapaqla bağlanmalıdır. Elektrik cərəyanı vurması
zamanı görüləcək ilk iş nəbzi və tənəffüsü yoxlamaqdır. Uşaqda huşunu
itirmə və üzünün rənginin solması kimi şok əlamətlər varsa, başı
gövdəsindən bir az alçaqda, ayaqları isə yuxarıda olacaq şəkildə
uzadılmalıdır.



Manejdə yalnız buraxmayın

Manej ev qəzalarının sayını artıran ən təhlükəli əşyadır. Buna görə
diqqətli olmaq lazımdır. Özəlliklə 5 yaşdan kiçik uşaqlar hamamda yalnız
buraxılmamalıdır. Su dolu vannanın içinə başı üstə düşə bilər.
Kənarları şüşə, iti və sərt olan ev əşyalarının küncləri plastik
qoruyucularla qorunmalıdır.



Uşağın yanında dərman içməyin

Evdə uşaqların əli çatacaq yerlərə dərman qoymayın. Uşaqların hər şeyi
yamsılamaq istəyini nəzərə alaraq, yanlarında dərman içməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!