Uşaqlara cəza verilərmi?

Uşaqlara cəza verilərmi?
Bir Ana - Bir Bala
10.09.2017 28
Uşaqlara cəza verilməlidirmi? Bu günün uşaq tərbiyəsi mütəxəssislərinə görə buna ehtiyac yoxdur və yaxud nadir olaraq müraciət edilməlidir. Tez verilən cəza uşağı inadçı və tündxasiyyət edəcəyindən yaxşılığından çox pisliyi toxunar. İlk üç yaşda uşağa heç bir zaman cəza verilməyəcəyini hər bir valideyn bilməlidir. Əks təqdirdə, kiçik yaşından etibarən körpənizin özünü həmişə günahkar hiss etməsinə səbəb olarsınız.



Ana-ata işlərinin yaxşı getmədiyi və çətinlikli olduqları zaman bəzən bunun ağrısını günahsız uşaqlarından çıxararlar. Bunun üçün uşağı cəzalandırmadan əvvəl öz sinirlərinizi müayinə edin. Əsəbisinizsə, bir az səbr edin. Uşağa köhnədən verilmiş olan bir cəzanın nə kimi təsirlər etdiyini düşünün. Bu cəhət unudulmamalıdır ki, uşağa nə qədər az cəza verilsə, verilən cəzalar o qədər təsirli olar.

Uşaqlara sərhəd qoyma mövzusunda bir çox fərqli baxışlar var. Lakin bu baxışların ortaq nöqtəsi olan fiziki şiddətin tətbiq edilməsi qəbul edilməzdir. Vurmaq tərbiyə etmək anlamına gəlməz və uşağın özünə olan etibarını zəiflədər. Fiziki şiddət tətbiq olunan uşaqlarda hirs yığılar və bu hirs uşağın irəliləyən həyatında ortaya çıxar. Bu səbəblə, intizama, cəza deyil bir öyrətmə prosesi kimi baxılmalıdır. Bu proses uşağın qaydaları qəbul etməsinə köməkçi olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!