Yəhudi uşaqlarını dahiyə çevirən 7 qayda

Yəhudi uşaqlarını dahiyə çevirən 7 qayda
Bir Ana - Bir Bala
10.09.2017 7
Ekspertlərin,
Psixoloq və psixopedaqoqların fikrincə uşağın tərbiyə və inkişafına
yəhudilər qədər diqqət və vaxt ayıran ikinci xalq mövcud deyil. Bunun
xeyirli və zərərli tərəfləri olsa da nəticə etibarilə bu uşaqlar
gələcəkdə bütün sferalarda olduqca böyük uğurlar qazanırlar. Diqqətinizə
yəhudilərin 7 qızıl tərbiyə qaydasını çatdırırıq.



1. Kompleks yaratmırlar

Uşaqlarda kompleks yaranmasına imkan vermirlər. Yəhudi ana heç bir zaman qışqırmaz, ahəngli və səbirli səslə : "Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər.



2. İnanılmaz sərbəstlik

Yəhudi uşaqlarının evdə sərbəstliyi və istədiyini etməsi yalnız təəccüb
doğura bilər. Karandaşla bütün divarları yaza, anasının dodaq boyası
ilə atasının xarici pasportunu rəngləyə bilərlər. Bütün bu işlərə görə
onları heç kim danlamır. Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı
üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya
ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss
edilməyəcək şəkildə edilir.



3. Tərifləyirlər

Yəhudi anaları uşaqlarını tez-tez tərifləyirlər. Hətta bizim diqqət
yetirməyəcəyimiz olduqca kiçik məqamları da uşağın böyük uğuru kimi
göstərib ona təriflər yağdırırlar.



4. Uşağa yalan danışmırlar

Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir.



5. Ailədə sevgi

Yəhudi
ata və analar heç bir zaman övladlarının yanında mübahisə edib
münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji
mühitdə böyüyür.



6. Valideynlik məktəbləri

Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan
əvvəl öyrənməyə başlayır. Bunun üçün sinaqoqlarda xüsusi kurslar var.
Tərbiyə proqramının hazırlanmasında qədim müdriklərin tərtib etdiyi
mətnlər və eləcə də ekspertlərin tövsiyəsi önəmli yer tutur.



7. Vaxt bölgüsü

Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı
yaşlardan təlqin edirlər. Övladlarının boş vaxt keçirməyə və tənbəllik
etməyə imkanı olmur. Müxtəlif dərnəklər, məşğələlər , tapşırıqların
icrası planlı şəkildə reallaşdırılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!