Valideynlərin övladlarının evlənməsindəki vəzifələri

Valideynlərin övladlarının evlənməsindəki vəzifələri
Bir Ana - Bir Bala
10.09.2017 24
Həzrət
Peyğəmbər (s) buyurur: "Övladın atası üzərində üç haqqı vardır: gözəl
ad seçmək, yazmağı və savadı öyrətmək, övladı həddi-büluğa çatan zaman,
onu evləndirmək".

Qurani-Kərim
buyurur: "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz
qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı
olanları evləndirin". ("Nur" 32).

Hər bir valideynin arzusudur ki,
övladının xeyir işini və toyunu görsün və orada iştirak etsin. Ancaq
buna nə qədər nail ola bilir və ya ola bilmir - orası məchuldur. Hər bir
valideyn, maddi çətinliklərinin olmasına baxmayaraq, övladına evlilik
mövzularında dəstək olar və onu evləndirməyə səy göstərər. Lakin bəzən
valideynlərin bu səyi qarşısında övladı o qədər nalayiq rəftarlar
nümayiş etdirər ki, onun ümidsiz olmasına səbəb olar.

Valideyn
istəyir ki, öz nəzərində xeyirli olanı övladına təklif etsin və övladı
da onu qəbul edib, təşəkkür etsin. Lakin bu, həmişə belə olmur. Əksər
cavanlar valideynlərin bu təklifi ilə müxalif olur və ona müqavmət
göstərərlər.

Bəzi
valideynlər də maddi imkanları olmadığı üçün övladını bu sahədə
dəstəkləyə bilmir. Ona sadəcə düzgün seçim etməkdə yönləndirir və xata
etməsinə imkan vermir. Bütün bunlar - valideynlərin yerinə yetirdikləri
vəzifələrdir.

Valideyn
o zaman öz vəzifəsinə əməl edər ki, övladına düzgün seçim etməkdə
yardım edər, ancaq həyatına təsir qoymaz. Onun qərar verməsini özünə
həvalə edər, sadəcə yol göstərər. Əgər övladı da yaxşı tərbiyə
alıbdırsa, düzgün ilə yanlış seçimi bir-birindən ayıra biləcək və ən
yaxşısını seçəcəkdir. Valideynin bu sahədə övladına təzyiq göstərməsi
məsləhət deyil və çox acı nəticələrə səbəb ola bilər. Övladının həyatını
poza bilər və onu həyatdan küsdürər.

Təbiidir
ki, valideyn övladını tərbiyə edən zaman ona düzgün və yanlış meyarları
təlim vermişdir. Adətən övladımızın həyata baxışı bizimkinə bənzəyir.
Çünki onu biz tərbiyə etmişik və bizim üçün nə düzgün sayılırsa, ona da
onu öyrətmişik. Lakin bəzi amillər vardır ki, onu bizdən fərqləndirir.
O, bir övlad olaraq bizdən daha güclüdür, çünki onu biz tərbiyə etmişik,
o, bizim təcrübələrdən bəhrələnmişdir. Bütün bunları nəzərə almayan
valideyn, bəzən övladının seçiminə etimad etmir və ona təsir göstərməyə
çalışır.

Belə
olan halda bəzi problemlər baş qaldırar. O cümlədən: övladı evlilik
mövzusunda məsuliyyətli olmaz, cütlər arasında sevgi bağları meydana
gəlməz, qarşılıqlı anlaşılmazlıqlar və sonrakı böhranlar ortaya gələr
ki, bəzən ailə təməlini belə, sarsıdar.

Biz
demirik ki, valideyn övlafını özbaşına buraxsın. Xeyr, sadəcə seçimini
onun ixtiyarına buraxsın və özü təsir göstərməsin. Düzgün seçim etməsi
üçün yönləndirsin və təkliflər versin. Valideyn təkcə seçimdə deyil,
sonrakı ailə həyatında da övladına dəstək ola bilər. Onun ailəsinin necə
xoşbəxt ola biləcəyinə dair tövsiyələr verə bilər və xatalarını üzə
çıxardıb, ona söyləyər.

Beləliklə
deyə bilərik ki, valideynin vəzifəsi övladını evləndirməkdir. Bu yolda
ona dəstək olmalı və etdiyi seçimdə ona tövsiyələr verməlidir, ancaq
təzyiq göstərməməli və ona etimad etməlidir. Əgər maddi durumu
yaxşıdırsa, övladının ailə qurmasında maddi yardım göstərməli və ayaqda
durana qədər ona dəstək olmalıdır. Övladını heç bir şeyə məcbur etməməli
və sadəcə təklifləri və tövsiyələri ilə ona həyat meydanında yardım
etməlidir. Budur valideynin əsil vəzifəsi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!