Yeriməyə başlayan körpələrə savad verilməsi üzrə məsləhətlər

Yeriməyə başlayan körpələrə savad verilməsi üzrə məsləhətlər
Bir Ana - Bir Bala
10.09.2017 10
Yeriməyə
başlayan körpələrlə kitab oxuma mərhələsinə başlamaq çox əyləncəli ola
bilər. Birlikdə siz kitabxanaya getmək, şeir və mahnılar öyrənmək və
yataqda nağıllar danışılması kimi çox işlər görə bilərsiniz. Kitab
oxumaq barədə daha ətraflı məlumat əldə edin. 



Kitab
oxumağa doğru gedən yol körpəlikdən başlayır. Bu zaman uşaqlarda
sözlərə qarşı sevgi, nağıl danışmaq həyəcanı və sözlərdən istifadə
edərək həyatdakı təcrübələri bölüşdürmək istəyi yaranır. Ailə üzvləri bu
bacarıq və maraqları yaradan fəaliyyətlər vasitəsilə kitab oxuma
sevincini böyüdə bilər. Aşağıdakı məsləhətlər kitab oxumağı övladınızın
həyatının əsas hissəsinə çevirməsinə kömək edəcək: 



Xəbərlər
şərhçisi olun. Gününüz barədə, övladınızla nə etdiyinizi və hətta onun
yanında nə oxuduğunuz barədə ona qısa məlumat verin. Siz sözlərlə
hadisələr arasında əlaqə yaradırsınız; siz ona hadisənin elementlərini
öyrənməyə kömək edirsiniz. 



*
Birlikdə şəkilli kitablara baxın. Övladınız hələ körpə ikən kitabları
ona əyləncə və maraqlı əşya kimi təqdim edin. Övladınız az diqqət
yetirsə də bunu qəbul edin; hər bir qarşılıqlı qısa əlaqə kitablara
qarşı sevgi hissini artırır. 



*
Bax, göstər, sonra adını qoy. Uşaqlar öz həyatında savad almağı əvvəlcə
kitabı səhifələməklə, sonra ümumi şəkillərə baxmaqla, sonra şəkillərin
adlarına baxmaqla, sonra adlandırılmış şəkilləri göstərməklə və sonda
özləri şəkillərə ad verərək öyrənirlər. Sizi övladınız bu yolun hansı
mərhələsindədir? Onu növbəti addımı atmağa məcbur edə bilərsinizmi? O
hazır olmasa, siz buna təkid edə bilməzsiniz, ancaq əgər o hazırdırsa
onu dəstəkləyə biləcəksiniz. 



*
Övladınıza gündəlik rast gəlinən hər şeyi - ərzaq dükanındakı
etiketləri, yoldakı işarələri və restorandakı menyuları oxuyun.
Övladınızda sözlərin əhəmiyyətinə qarşı maraq oyanır. 



*
Kitabları özünüzlə götürün. Körpə və ya yeriməyə başlayan uşaqlar üçün
bez çantasına və ya maşına bir-iki nağıl kitabı qoyun. Həyatdakı
boşluqları kitablarla doldurmaq vərdişi və həmişə əl altında kitabın
olması kömək edir ki, uşaqlar onların həyatın daimi hissəsi olduğunu
anlasınlar. 



*
Birlikdə kitabxanaya gedin. Belə səfərləri müntəzəm olaraq edin.
Övladınızın bir və ya iki kitab seçməsinə icazə verin, özünüz də bir
neçə kitab götürün. Nağıl vaxtını da bildirməyi unutmayın. Bütöv
hadisələrə oturub qulaq asmağı öyrənməzdən əvvəl o, bunun xüsusi və
əyləncəli olduğunu öyrənəcək. 



*
Kitabxana kartı əldə edin. Övladınızın 2 yaşı olan kimi kitabxanada
onun üçün kart açdırmağa gedin. Karta bir mükafat kimi münasibət
göstərin və onu xüsusi bir yerdə saxlayın. 



*
Şeir və mahnılar öyrənin. Uşaqlar dildəki səsləri şeirlə təcrübədən
keçirirlər və bu da onlarda sözlərə və səslərə qarşı maraq oyadır.
Şeirləri jestlərlə demək hərəkətləri sözlərlə birgə əlaqələndirməyə
kömək edir. Uşaqlar üçün olan şeirlər dil ilə tanışlıq və sevgi
yaradır. 



*
Kitablar verin. Hər bir önəmli hadisələrdə ona bildiyiniz bir kitab
verin və sonra ona birlikdə baxın. Həmin kitabxananı xüsusi, lakin
əlçatan yerdə saxlayın. 



*
Suallar verin. Uşaqlara suallar verdikcə onların dili daha asanlıqla
inkişaf edir. Sual verdikdən sonra övladınız onu cavablandırana qədər
gözləyin; ona vaxt verin. Cavabı onun bilməyəcəyi bir neçə sözlə ifadə
edin. Konkret sözlərdən daha çox onun mənasına diqqət yetirin. 



*
Müntəzəm olaraq söhbət saatı təyin edin. Söhbət saatının eyni vaxtda
keçirin. Gününüz haqqında danışın və övladınızın günü necə keçdiyi
barədə suallar verin. Bunun özü də hekayə danışmağın xüsusi bir
növüdür. 



*
Maşını söhbət məkanına çevirin. Övladınızın pəncərədən nə gördüyünü,
hara getdiyinizi, maşına minmədən öncə nə etdiyini soruşmaqla onunla
söhbət edin. Birlikdə keçirdiyiniz bu müddət dil bacarıqlarının
inkişafına yardım edir. Sonralar bura sirrlərin, qorxuların,
narahatçılıqlar və ümidlərin aşkar ediləcəyi bir məkan olacaq. Bu zamanı
dəyərləndirmək üçün radio və mobil telefonunuzu söndürün. 



*
Axtarışda olun. Filmin saat neçədə başlayacağı və ya havanın necə
olacağı kimi suallar verildikdə yeriməyə başlayan körpəniz üçün bu
məlumatları tapıb ona oxuyun. Bu, bizim oxumaqla necə hər şeyi tapıb
problemləri həll etdiyimizi göstərir. 



*
Hərflərin əlaqələrini öyrədin. Üç yaşlı övladınıza "öz” hərfini
öyrənməsinə kömək edin: məsələn "C” Ceyson. Çap edilmiş yazılarda öz
hərfini və gündəlik işlənən əşyalarda həmin səsi tapmasına kömək edin.
Cem sözündəki C və s. O, özünü yaşına uyğun olaraq hər şeyin mərkəzində
olduğunu düşündüyünə görə "onun” hərfinə digər hərfləri də əlavə etmək
olar. 



*
Yatmazdan əvvəl nağıllar danışın. Lap körpəlikdən başlayaraq yatmazdan
öncə yüksək səslə hekayələr oxuyun və danışın ki, bu bir adət halını
alsın. Övladınızı cəzalandrmaq üçün heç vaxt onu bu hekayələrdən məhrum
etməyin; onlar müqəddəs olmalıdır. 



*
Övladınızın öz hekayəsini danışın. Şəkildə əks edilən hadisələri təsvir
edib danışa bilməsi üçün övladınızın öz şəkilləri olan albomu götürün.
Sizin yay tətiliniz və nənəgilə səfərlər kimi hadisələr uydurma əsərlər
ola bilər, lakin bu, hekayə danışma hissini inkişaf etdirir. 



*
Mirzəlik edin. Övladınızın sizə dediyi hekayələri yazın, yaxud dostuna
və ya qohumuna məktub yazmağa kömək edin. Qoyun o öz imzasını və ya
mümkün qədər öz adını cızma-qara etsin. Yazma bacarığı onun
təxəyyülündən bir neçə il geri qalacaq, ona görə də bunun övladınızı
ruhdan salmasına icazə verməyin. Ona öz düşüncələrini yazmağa kömək
edin. Bu zaman o, yazıların çox dəyərli olduğunu və yazılı sözün onun
ideyalarını başqalarına çatdırmaq üçün bir vasitə olduğunu anlayacaq. 



*
Səsyazmadan istifadə edin. Məktəbəqədər uşaqlar üçün kitabdakı sözlərlə
bərabər müşaiyət olunan səsyazmalar kömək edir ki, o sözlərin yazılı və
şifahi formaları arasındakı əlaqələri görsün. Lakin bütün bunların onun
oxuma bacarığını əvəz etməsinə icazə verməyin. 



*
Övladınızı da cəlb etməklə oxuyun. Sonra nə baş verəcəyini, obrazların
nə üçün belə etdiyini və onların hansı hisslər keçirdiyini soruşun.
Övladınızdan uzun cavablar gözləməyin, ancaq hekayə və ya süjet xəttini
saxlamasına kömək edin. Hekayəni dəyişmək istəyib istəməyəcəyini ondan
soruşun. Əgər hekayə barədə məlumatı varsa xahiş edin onu sizə "oxusun”.
O yardım istəməyənə qədər düzəlişlər etməyin. 



*
Komputerdən ehtiyatla istifadə edin. Müxtəlif keyfiyyətli bir çox
proqram paketləri oxumağı öyrətmək üçün hazırlanır. Sadəcə təlimat verən
proqramdan deyil, nümunələr verən, fiqurlar və hərfləri öyrədən
proqramları seçin. Digər dəyərli paketlərə uşaqlara hekayə qurmağa kömək
edən şəkillər, öz kitabını hazırlaması üçün hərfli markalar və hekayəni
oxuduqca ekrandakı sözləri işıqlandıran audio vəsaitlər daxildir. 



*
Uşaqlara qayğı mərkəzlərində savad verilməsinə diqqət yetirin.
Bilavasitə uşaqlarla söhbət edən, suallar verən, müntəzəm olaraq onlara
kitab oxutduran və kitablar verən yüksək prioritetli yerlər axtarın.
Övladınızı mərkəzə qoymadan öncə bu keyfiyyətləri aşkar etmək üçün orada
bir az vaxt keçirin. 



*
Yaxşı nümunə olun. Özünüz də kitab oxuyun və kitabxanadan kitablar
seçin. Bütün ev kitablar, jurnallar və qəzetlərlə zəngin olmalıdır. 



*
Bir gününüz də kitabsız keçməsin. Kitablar övladınızın hər gününün bir
hissəsi olmalıdır. Bir gün olsa belə kitab, şeir və ya hekayə oxumadan
keçirməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!