Erkən doğulmuş körpələr

Erkən doğulmuş körpələr
Bir Ana - Bir Bala
10.09.2017 11
Erkən doğulmuş körpə nə deməkdir? 

Hamiləliyin
37-ci həftəsindən əvvəl doğulan körpələr vaxtından əvvəl və ya erkən
doğulmuş hesab edilir. Erkən doğulmuş körpələrı əlavə qayğı lazımdır,
onların tənəffüs və digər sistemləri evə getmək üçün kifayət qədər
güclənənə qədər neonatal inkubatorda diqqətli nəzarət lazımdır. 



Erkən
doğumun saysız-hesabsız səbəbi var; lakin bu, gələcək hamiləliklərin
eyni cür olacağı demək deyil. Qeyd edək ki,ilk körpəsi vaxtından əvvəl
olan on anadan doqquzu sonrakı hamiləliyini təhlükəsiz olaraq 37
həftədən çox daşıyır. 



Sizin vaxtından əvvəl doğulmuş uşağınızla yaxınlığınız 

Hətta
ən erkən doğulmuş körpələr də sizin qoxu və səsinizi tanımağa qadir
olurlar. Siz hələ onu qucağınıza tam götürə bilməsəniz də, ona söhbət
etmək və yaxın oturmaq sizin aranızda yaxınlıq qurmağa kömək edəcək.
Körpəni masaj etməyə icazə verilrsə, bu hər ikinizin rahatlıq mənbəyi
ola bilər. Sizin körpəni ziyarətiniz emosional təcrübə ola bilər və bu
acizlik və narahatlıq hissləri çox təbiidir, lakin tezliklə körpəniz
evdə, qucağınızda olacaq. 



Erkən doğulmuş körpənin inkişafı 

Adi
inkişaf mərhələləri vaxtından əvvəl doğulan körpələrə şamil edilmir.
Vaxtından əvvəl doğulmuş uşaq təbii olaraq ilk həftə və ya aylarında
bəzi çətinliklərlə üzləşirlər. Amma vaxtından əvvəl doğulmaq heç də
həmişə sonrakı inkişafa təsir etmir. Körpənin inkişafı sizin nə qədər
hamilə qalmağınızdan və bir çox digər amildən asılı olacaq. Sevgi və
təşviq ilə, sizin körpəniz zamanla həmin mərhələlərə çatacaq. 



Ana südü ilə qidalandırmaq və erkən doğulmuş körpələr 

Sizin
körpəniz əmizdirmək üçün çox erkən doğulubsa, südü sağmaq​​ körpənin
ehtiyacı olan əsas qidanı təmin etməyin ən yaxşı yoludur, ana südü onun
immunitetini də gücləndirəcəkdir. Körpəni qucaqlamaq və yaxınlıq süd
ifrazını stimullaşdıra bilər və körpə yaxınkən əl ilə sağa bilərsiniz.
İsti vanna və ya zərif masaj da südün gəlməsinə kömək edə bilər.
Həmçinin müxtəlif sağma vasitələrini sınamağa da dəyər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!