Uşaq kök olmalıdır, yoxsa arıq?

Uşaq kök olmalıdır, yoxsa arıq?
Bir Ana - Bir Bala
10.09.2017 14
Demək olar, hər 3 valideyndən biri uşağının kök olmasından nəinki narahat olmur, hətta bunu sağlamlıq kimi qiymətləndirir. 

Lakin təəssüf ki, alimlərin son araşdırmaları bunun əksini iddia edir. 



Qadınlar.biz-in
xəbərinə görə, mütəxəssislərin araşdırmalarından məlum olub ki, 31 faiz
valideyn uşaqlarının kök olmasına əla baxır və bunu uşağın sağlamlığına
bir işarə kimi görür. 28 faiz valideyn isə ümumiyyətlə uşağın kök və ya
arıq olmasını sağlamlıqla əlaqələndirmir. 



Layihənin
rəhbəri olan Kaliforniya Universitetinin dosent-pediatrı xanım Ken Ri
bunun yaşanmasında həkimlərdə də günah görür. Belə ki, onun fikrincə,
əyər pediatr və ya məktəbin tibb bacısı kökəlməyə meylli və ya artıq
çəkili uşaqlara diqqət yetirməyi ata-anaya tövsiyyə etmədikləri
təqdirdə, valideyn üçün uşağın çəkisi ilə sağlamlığı arasında obyektiv
olmaya bilər. 



\"Mən
düşünrəm ki, bunun səbəbi bir çox valideynin uşağın artıq çəkidə
olmasına yaxşı münasibət bəsləməsidir. Onlar elə bilirlər, uşaq
böyüdükcə normallaşacaq”, - deyə Ken Ri bildirir. 



Bundan
əlavə, o daha bir maraqlı fikir bildirib ki, məsələn, ABŞ-da ətrafda
daha çox kök insanın olması valideynlərdə çəki barədə düşüncəni
dəyişdirir. Onlar baş verə biləcək tibbi nəticələri düşünmədən uşağın
artıq çəkisinə diqqət yetirmirlər. 



5
- 20 yaş arası uşaqları olan 202 valideyn arasında keçirilən sorğuda
məlum olub ki, övladların 94 faizi artıq çəkilidirlər. Uşaq yağlanması
üzrə həkimlərin təyinatı ilə bu övladlar Rod-Aylend klinikasının müvafiq
şöbələrinə köçürülüblər. 



Valideynlər
uşaqlarının bu problemi ilə necə mübarizə aparacaqlarını
bilmədiklərini, sadəcə yemək rasionunda dəyişklik edib, yağsız yemək və
meyvələrə üstünlük verib, fast-fuddan imtina ilə kifayətlənirlər. 



Valideynlərdən 62 faizi çıxış yolunu yalnız bunda görsə də, 41 faiz valideyn uşağın fiziki fəallığını artırmağı üstün tutur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!