Uşaqlarda məktəb fobiyası

Uşaqlarda məktəb fobiyası
Bir Ana - Bir Bala
10.09.2017 18
Uşaqlarımızın
həyatında bu və ya digər səbəblərdən fobiyalar ola bilər - qaranlıq
fobiyası, tək qalmaq fobiyası, valideynlərini itirmək fobiyası və s. 



Bu fobiyalardan biri də məktəb fobiyasıdır. 



Hər
bir valideynin uşağına olan arzuları vardır. Bunlardan biri də məktəbə
daxil olub, təhsilini müvəffəqiyyətlə başa vura bilməsidir. 



Sentyabr
qabağı hazırlıqlar başlanır. Valideynlər uşaqlarının dərsə başlaması
üçün bütün hazırlıqları görür. Lakin məktəb həyatına başlamazdan əvvəl
uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır.
Hazır olmadıqda bu uşaqlarda ciddi gərginlik yaradır. İlk növbədə uşaq
dərsə getmək istəməyəcək, məktəbi qorxulu bir yer kimi yadında
saxlayacaq. Valideynlər bunu adi bir uşaq nazı kimi qəbul etsələr belə,
əslində bu heç də belə deyil. Çünki bu onlar üçün heç də asan olmur.
Əgər əvvəllər həyatının mərkəzində sadəcə oyun oynamaq idisə, indi isə
onlara müəyyən məsuliyyətlər verilib. 



Ayrıca müəyyən müddət partanın arxasında əyləşmək, müəllimənin dediklərinə qulaq asmaq uşaq üçün çətin olur. 



Məktəb
sözünün özü belə bəzən uşaqlarda qorxu yaradır. Onlar elə hesab edirlər
ki, məktəb başladığı andan valideynlər onlara oyun oynamağa imkan
verməyəcək, sadəcə dərs elətdirəcəklərini düşünürlər. Valideynlər
uşaqlara bunun belə olmayacağını danışmalı, başa salmalıdır. 



Bu
bizlərdə də belədir. Yeni bir kollektivə girdikdə, biz ilk əvvəllər
həmin kollektivə tez bir zamanda adaptasiya olunmaq istəyirik. Əgər bu
bizə bir qat ağırdısa, bu onlar üçün on qat çətin olur. Ona görə də
məktəb fobiyasını adi şəkildə qarşılamamalıyıq, uşaqların yanında
olmalıyıq, onlar üçün bu yükü yüngülləşdirməliyik. 



Əslində
məktəbi başqa cür danışsaq, sevilməyən tərəflərindən (səhər tezdən
durmaq, məsuliyyət daşımaq və s.) çox sevilən tərəflərini danışsaq -
onlara qazandığı yeni dostlarla birlikdə vaxt keçirdə biləcəyini,
dərsləri ilə yanaşı oyun da oynaya biləcəyini, yeni bilgilər ala
biləcəyini və s. - uşağın məktəbə adaptasiyası daha asan keçəcək. 



Biz
valideynlər məktəb həyatının adaptasiya dövründə daim uşaqların yanında
olmalıyıq. Hər gün məktəbdən gələrkən bu gün nə etdiyini soruşsaq daha
yaxşı olar. Bununla uşaq həm sevildiyini, həm də onlar üçün vacib
olduqlarını göstərin. Məktəbdə başına gələn uğursuzluqlara belə sakit
şəkildə qulaq asıb, onların hamının başına gələ biləcəyini, adi
uğursuzluqda belə hər zaman onun yanında olacağımızı onlara göstərək.
\"Mənə güvənə bilərsən - mən səni hər zaman dinləyəcəm, səninlə hər
şeyin öhdəsindən gələ bilərik\" kimi ifadələr onları rahatlaşdırır.
Çünki onlar arxalarında güvəndikləri insanın olduğunu biləndə, bu onlara
özgüvən verir. 



Ən əsası hər zaman uşaqlarımızın əlindən tutub günümüzü onlarla əyləncəli hala çevirməliyik. 



Uşaqlar
bu dövrdə həssas ola bilirlər. Onlara yanaşarkən bunu nəzərə almaq
lazımdır. Bu dövrü düzgün şəkildə keçirtməliyik ki, sonrakı dövrlər uşaq
üçün çətin olmasın. Çünki sonrakı dövrlər - yeniyetməlik, erkən gənclik
dövrü - onlar üçün yeni problemlər yaradır. Bu dövrlər onlar üçün daha
çətin keçə bilər. 



Uşaqlarda məktəb fobiyası ciddi şəkildə özünü göstərərsə, bu zaman psixoloq məsləhəti alınsa yaxşı olar. 



Uşaqlarımıza verə biləcəyimiz ən böyük xəzinə - sevgimizdir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!