Lohusa sindromu nədir? - Yeni ana olanların diqqətinə

Lohusa sindromu nədir? - Yeni ana olanların diqqətinə
Bir Ana - Bir Bala
10.09.2017 16
Doğuşdan
dərhal sonra anaları bürüyən "lohusa sindromu” müalicə edilməzsə, ana
südünün kəsilməsindən intihara kimi fərqli və istənməyən nəticələr
doğura bilər. 



Üzüntü,
boşluq duyğusu, qayğı, çox əsəbilik, ağlama böhranları, körpəni
yetərincə sevə bilməmək, uşağa baxa bilməmək qayğısı ilə özünü göstərən
"lohusa sindromu” birinci hamiləliklərdə daha çox görülür. 

Bir çox qadının ana olduqdan sonra ruh halında dəyişiliklər meydana gəldiyi, bunun normal və gözlənilən bir hal olduğu deyilir. 

Bir
azca üzüntü və qayğının 7-10 gündən sonra özlüyündə keçdiyini deyən
həkimlər bəzi qadınlarda daha ağır olan və "doğuş sonrası depresiyya”,
"psixoz” adlandırılan rahatsızlıqlar olduğunu və "lohusa sindromu”nun
ilk 6 həftə ərzində gizli irəlilədiyini bildirib. 

Bir neçə aya qədər düzələ bilən bu hal müalicə edilməzsə, 1-2 ilə qədər davam edə bilər. 



Şiddətli
üzüntü, boşluq duyğusu, yerində dura bilməmək, əsəbili , sıxıntı,
darıxmaq, özlüyündən səbəbsiz ağlamalar, çox yorğunluq, enerji əskikliyi
görülür. Ailə, dostlar və əyləncələrdən uzaq durmaq kimi bəzi əlamətlər
də zamanla ortaya çıxır. 

Bəzi analarda körpəsini yetərincə sevə bilməməsi, bəsləyə bilməməsi və yuxusuyla bağlı şikayətləri olur. 

Körpəyə
zərər vermə qorxuları, iştahasızlıq, kilo itkisi, yuxusuzluq,
günahkarlıq duyğusu, istək və diqqət itkisi kimi əlamətlər yaşanır. 



Hansı qadınlarda daha sıx rastlanır? 

Keçmişdə
depresiyya kimi ruhi problemləri olan, evliliklə bağlı problemlər
yaşayan, ailələrində ruhi xəstəlik daşıyıcısı olanlarda risk daha
böyükdür. 

Nikahdan
kənar uşaq dünyaya gətirən, istənməyən hamiləlik, ana olmağa hələ hazır
olmayanlar, doğuş qorxusu bu sindroma səbəb olur. Yeniyetmə yaşında ana
olan, istənməyən hamiləlik keçirən, maddi vəziyyəti aşağı olan
qadınlarda da bu sindrom çox rastlanır. 



Bu
sindroma yoluxan qadınlara həyat yoldaşı və ailə dəstəyi lazımlıdır.
Uşağa baxma kimi qaydaları hamiləlik zamanı öyrənmək lazımdır. 

Onları
narahat edən hər cür fiziki və psixoloji şikayətləri beyinlərində
böyütməməlidirlər. Qohum, dost, qonşularla ünsiyyətdə olanlar bu
sindromundan qurtula bilər. 

Körpə yatarkən o da yataraq, ailəsinə tapşırıb çimərək, darıxdığında bayıra çıxıb havasını dəyişərək rahatlamağa çalışmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!